Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2013
14:45
Azərbaycan Hüquqşünasları Konfederasiyası yeni hüquq dərsliyini bu dəfə fərqli təqdimatda çap etdi

Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK), AMEA-nın İnsan Hüquqları İnstitutu, “Sağlam Ailə” Tibb Mərkəzi və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin birgə əməkdaşlığı ilə “Məhkəmə təbabəti” adlı dərsliyi nəşr edib. FaktXəbər-in məlumata görə, dərsliyin cildində “YARAT!” Müasir İncəsənət Məkanının rəssamı Fərid Rəsulovun natürmortu yer alıb ki, bu da incəsənətlə hüququn harmoniyasını yaratmaqla yanaşı, həm də hüququn müasir incəsənətə verdiyi dəstəkdir.

Dərsliyin müəllifi Azərbaycan Tibb Universitetinin “Məhkəmə təbabəti” kafedrasının professoru Vüqar Məmmədovdur.

Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının 13 iyun 2012-ci il tarixli (protokol No: 66) qərarı ilə dərslik olaraq təsdiqlənib.

Dərslik Tibb və hüquq sahəsində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Eyni zamanda, bütün tibb fakültələrinin tələbələri, doktorantlar və ordinatorlar, Hüquq-mühafizə orqanlarının Akademiyaları və tədris mərkəzləri, həkimlər, hüquqşünaslar, müəllimlər, tədqiqatçılar və məhkəmə-tibbi ekspertləri də istifadə edə bilərlər. Dərslik dünya və Azərbaycanın məşhur alimlərinin rəyi ilə çap olunub. 1000 tirajla çap olunmuş dərslik pulsuz yayılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
445

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
372

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
347
Şərhlər
Coşqun Abdullayev tərəfindən 17-09-2013 21:50:49 tarixində yazıldı
AHK
bu vesaiti hardan elde etmek olar?
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 22:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru