Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2013
16:04
3841
Hansı rəngdə olan meyvə və ya tərəvəz daha xeyirlidir?

Hansı rəngdə olan meyvə və ya tərəvəz daha xeyirlidir? Mütəxəssislər bu barədə konkret fikir söyləməyə çətinlik çəkirlər. Rusiya mətbuatının verdiyi məlumata görə, 3 müxtəlif rəngli bibərin hər birinin öz xeyirli tərkibi var; yaşıl bibərdə daha çox K vitamini, sarı bibərdə C vitamini və qırmızı bibərdə A vitamini var.

Həmçinin sarı pomidorda likatipinin miqdarı qırmızıdan daha azdır, amma fol turşusunun miqdarı isə daha çoxdur.

Dietoloqlar isə müxtəlif rəngli tərəvəzlərdən istifadə etməyi insan üçün son dərəcə faydalı hesab edirlər. Ən yaxşı salat sarı bibər, yaşıl xiyar və qırmızı pomidordan ibaraət salat sayılır. Çünki, hər rəngin öz faydalı əlamətləri var.

Qırmızı rəngdə olan bitkilər - pomidor, turp, itburnu, qarpız, çiyələk və s. insan orqanizminə olduqca faydalıdır. Bu rəngdə olan bitkilər ürək-damar, əzələ tonusu və onkoloji xəstəliklərin müalicəsində mühüm əhəmiyyətə malikdir.

Sarı və narıncı rəngdə olan bitkilər - sarı bibər, şaftalı, apelsin, kök, balqabaq, qarğıdalı və s-nin tərkibində A və C vitaminləri var.
Bu orqanizmin təmizlənməsi, sellülitin qarşısının alınması və limfa sisteminin işinə yaxşı təsir edir. Yaddaşı və dərinin rəngini yaxşılaşdırır.

Yaşıl rəngli bitkilər, o cümlədən, xiyar, bibər, göyərti, kivi, üzüm, yaşıl çay və s. bitkilərdə K və C vitaminləri, dəmir, kalsium və fol turşusu var. Bu rəng bitkilər ürəyin işini yaxşılaşdırır, stressi aradan qaldırır.

Göy və bənövşəyi rəngdə olan qaragilə, badımcan, qara kələm, gavalı, üzüm və s. bitkilər var. Xərçəng və toksinlərlə mübarizədə , yuxunun yaxşılaşdırılması, əsəblərin sakitləşdirilməsində bu bitkilərin çox böyük faydası var.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
180

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
111

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
140

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
174

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
204

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
196

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
752

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
566
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 20:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru