Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2013
17:50
Məzahir Pənahova qarşı qaldırılan iddia üzrə məhkəmə prosesi başlayıb

Ümid Partiyasından FaktXəbər-ə verilən məlumata görə, iyunun 13-də 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Mərkəzi Seçki Komissiyasının Ümid Partiyasından olan üzvü Akif Qurbanov xidməti pasportla təmin olunmadığı üçün MSK-ya qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim İntizar Bayramovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin arqument və faktları dinlənildikdən sonra, məhkəmə xidməti pasportun kimlərə veriməsi ilə bağı MSK-ya sorğu göndərilməsi haqda qərar qəbul edib. Şifahi məhkəmə baxışı iyulun 3-nə təyin olunub.


Xatırladaq ki, MSK üzvü Akif Qurbaov “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının qanununa əsasən xidməti pasport əldə etmək üçün əvvəllər şifahi qaydada MSK-ya müraciət edib. Amma ona xidməti pasport verilməyib. Bu səbəbdən o, MSK sədri Məzahir Pənahova rəsmi müraciət edərək, ona xidməti pasportun verilməsi üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə vəsatət-təqdimatı göndərməsini xahiş edib. Lakin MSK rəhbəri bu təqdimatı göndərməkdən imtina edib. A.Qurbanova MSK katibliyinin rəhbərinin imzası ilə daxil olan cavab məktubunda qanunun tələbləri düzgün təfsir edilməyib. Onun xidməti işlə əlaqədar xarici ölkələrə ezam olunmadığı əsas gətirilərək təqdimatdan imtina olunub. Bu səbəbdən MSK üzvü Akif Qurbanov təmsil olunduğu qurumun rəhbərliyinin qanunsuz fəaliyyətini aradan qaldırmaq üçün məhkəməyə müraciət edib.

Qeyd edək ki, qanunun tələbinə əsasən, Azərbaycan Respublikası vətəndaşının xidməti pasportunun verilməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin səlahiyyətinə aid edilib. Bunun üçün XİN-ə MSK rəhbərinin vəsatət-təqdimatı göndərilməlidir. Halbuki “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunda və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il, 3 mart tarixli, 391 saylı fərmanı ilə təsdiq edilmiş xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında aydın göstərilir ki, MSK üzvləri xidməti pasport əldə etmək hüququna malikdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
369

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
702
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 18:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru