Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2013
17:02
Rusiya prezidenti Tahir Salahova Dövlət Mükafatı təqdim edib

FaktXəbər-in verdiyi məlumata görə, Rusiya prezidenti  Vladimir Putin Rusiya günü münasibəti ilə  Kremldə tanınmış azərbaycanlı rəssam Tahir Salahova Rusiya Federasiyasının (RF) "Təsviri incəsənətin inkişafında töhfəyə görə" Dövlət mükafatını təqdim edib.  O, mükafat  ədəbiyyat və incəsənət nominasiyası üzrə verilib. Bundan əlavə, 5 milyon rubl pul mükafat da verilib.

Putin qeyd edib ki, Rusiyanın xalq rəssamı Tahir Salahovun yaradıcılığı gələcək nəsillər üçün əhəməyyət kəsb edəcək: "Onun əsərləri ölkəmizin bəzi dövlərini əks etdirir. Rəssamlar hadisələr, insanlar və yaşadıqları barədə başa düşülən dildə danışırlar".

Tahir  Salahov  dünya miqyaslı  azman sənətkardır. Onun əsərləri  böyük sərgi salonlarının daimi eksponatına çevrilib.

Təsadüfi deyil ki, T.Salahov Sovet İttifaqının ən yüksək  mükafat və ordenlərinə layiq görülüb.  Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə”  ikinci və üçüncü dərəcəli ordenlərinə, Azərbaycanın ali mükafatı olan “İstiqlal” ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallara və mükafatlara layiq görülüb.

Həmyerlimiz Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə bərabər, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. Bundan başqa, Ölməzlər Akademiyası adlanan Fransa Zərif Sənətlər Akademiyasına SSRİ-dən cəmi üç nəfər üzv seçilib ki, onlardan biri də Tahir Salahovdur. O, həm də Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
231

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
280

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
212

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
256

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
206

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 01:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru