Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2013
15:15
1709
İcra başçısı avtobus sürücüsünün burnunu qırdı

Gəncədə növbəti məmur özbaşınalığı yaşanıb. FaktXəbər-in məlumatına görə, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı Məharət Mustafayev avtobus sürücüsünü döyərək, burnunu qırıb. Məlumatda bildirilir ki, hadisə bir neçə gün bundan əvvəl baş verib. Belə ki, Məharət Mustafayev Yeni Avtovağzal ərazisinə qırmızı rəngli «Niva» maşını ilə gəlib.

Həmin vaxt Bakıya sərnişin daşıyan sürücülərdən biri Qəzənfər adlı şəxs tanımadığı icra başçısına yaxınlaşaraq, onun da paytaxta gedib-getməyəcəyini soruşub. Sürücünün belə deməsindən bərk qəzəblənən Məharət Mustafayev əvvəlcə qarşısındakı adamı ağır sözlərlə təhqir edib, daha sonra isə ürəyi soyumayaraq, ona əl qaldırıb.

Hadisə şahidinin dediyinə görə, olaya polis müdaxilə etsə də, icra başçısını tanıdıqlarından hər hansı bir sərt reaksiya verməyiblər. Nəhayət, camaatın işə qarışmasından sonra Mustafayevi ərazidən uzaqlaşdırmaq mümkün olub.

Verilən məlumatda o da vurğulanır ki, Qəzənfər adlı sürücü döyülərək, burnunun qırılması ilə əlaqədar şikayət etsə də, Gəncənin müvafiq qurumları şikayəti qəbul etməyiblər. O da öz növbəsində başına gələnlərlə əlaqədar Bakıya gedəcəyini və orada şikayət edəcəyini bildirib.

Qeyd edək ki, məsələ ilə əlaqədar Gəncə şəhər Nizami Rayon Polis İdarəsi ilə əlaqə saxladıq. İdarənin növbətçi hissəsindən mayor Həsənov bildirdi ki, bu barədə onlara hər hansı bir şikayət daxil olmayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
113

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
140

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
89

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
96

Bağdadi öz varisini təyin edir

23

Avqust
10:59
DÜNYA
164

Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

23

Avqust
10:39
AİLƏ, SAĞLAMLIQ
106

DİM abituriyentlərə müraciət edib

23

Avqust
09:50
ELM / TƏHSİL
137
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 13:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru