Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2013
12:46
Vladimir Putin nəyə görə 5 ildir İlham Əliyevlə görüşmür?
Arif Yunus: "Bu müharibə ya bir gün görüş və kompromislərə getməklə sona çatacaq, ya da ki, müharibə davam edərək Azərbaycanın əleyhinə nəticələnəcək"

“Vladimir Putinlə İlham Əliyev arasında 5 ildir ki, görüşün baş tutmamasının səbəbləri heç də görünən kimi deyil. Qarşı tərəf artıq neçə ildir ki, görüşdən imtina edir. Bunların hamısını təsadüf kimi qiymətləndirmək doğru olmazdı. Azərbaycan Rusiya rəhbərləri arasında hazırda soyuq müharibə gedir.” 

Bu sözləri FaktXeber.com-a politoloq Arif Yunus son 5 il ərzində Rusiya prezidenti Vladimir Putinlə İlham Əliyev arasında görüşlərin keçirilməməsinə aydınlıq gətirərkən söyləyib. Müsahib qeyd etdi ki, münasibətlərin gərgin və soyuq olması rəsmi şəkildə deyilməsə də, hər şey görünən kimi deyil: “Deputatlar və digər rəsmilər arasında görüşlər keçirilərək müsbət fikirlər səsləndirilməsinə baxmayaraq, prezidentlərin münasibətləri kifayət qədər gərgindir.”

Prezidentlərin soyuq münasibətlərinin nəticələrinə gəldikdə isə, Arif bəy bildirdi ki, bu müharibə ya bir gün görüş və kompromislərə getməklə sona çatacaq, ya da ki, müharibə davam edərək Azərbaycanın əleyhinə nəticələnəcək: “Artıq burada söhbət Rusiyanın Azərbaycana qarşı nə edə biləcəyindən gedə bilər. Deməzdim ki, Rusiyanın Azərbaycanda hakimiyyət çevrilişi etmək imkanı var. Lakin ara bir zərbə vurmaq imkanları mövcuddur. Bura az saylı xalqların problemləri ilə bağlı iş aparmaq, immiqrant məsələsi və digər işlər daxildir. Putin artıq bəyan edib ki, 2015-ci ildən etibarən MDB məkanında viza sistemi tətbiq olunacaq. Bu isə Rusiyada işləyən azərbaycanlılar üçün çox ciddi problem deməkdir.“

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
347

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
347

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 15:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru