Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2013
10:46
Ruslar Vladimir Putini ideal dövlət başçısı hesab edir
Bu barədə ölkə regionlarında keçirilən sorğbudan sonra məlum olub

FaktXəbər-in verdiyi məlumata görə, Rusiya vətəndaşları prezident Vladimir Putini ideal hökumət başçısı sayır. Bu barədə  «Levada Mərkəzi»nin mayın sonunda keçirdiyi sorğu nəticəsində məlum olub.

Vətəndaşların 6 faizi Putini söz-söhbətsiz ideal dövlət başçısı kimi qəbul edir. Ümumilikdə, 55 faiz insan isə prezidentə yaxşı münasibətini bildirib.

Respondentlərin 62 faizi Putini ölkədə baş verənlərdən məsul olduğunu və problemin həllində yaxşı strateji baxışı olduğunu (61 faiz) deyib. 45 faizin fikrincə o, vətəndaşların ehtiyacına diqqətlə yanaşır.

Rusların demək olar ki, yarısı (48 faiz) onun bundan əvvəlki və cari müddətdə səlahiyyətlərini yerinə yetirmədə fərq görmədiyini deyib.

Sorğu 23-27 mayda ölkənin 45 regionunda 130 yaşayış məskənində keçirilib. Putinin həyat yoldaşı ilə boşanmasını elan edəndən sonra xalqın fikrinin nə dərəcədə dəyişdiyi isə hələ ki, bilinmir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
233

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
326

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
311
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 09:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru