Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyun

2013
12:36
1416
Bakı sürücülərinə şad xəbər

Bakının Xətai rayonunda hərəkətin intensiv olduğu Xudu Məmmədov küçəsi təmir olunur. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, uzun illər müxtəlif mühəndis-kommunikasiya xətlərinin çəkilməsi və təmiri ilə əlaqədar olaraq aparılan qazıntı işləri səbəbindən həmin küçədə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaranırdı.

Həmin küçənin Bakı metrosunun Həzi Aslanov stansiyasını Gəncə prospekti ilə birləşdirən, uzunluğu 600 metrə yaxın olan hissəsində təmir işlərinə başlanıb. Yolboyu olan xəndəklər bərpa edilib və hazırda asfalt-beton örtüyünün vurulması işləri gedir:

"Təmir işləri bitdikdən sonra yaxın günlərdə Həzi Aslanov stansiyası - Gəncə Prospekti və əks istiqamətdə nəqliyyat vasitələrinin rahat gediş-gəlişi təmin olunacaq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
351

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
437

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
487

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
963

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
578

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
558
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 18:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru