Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2013
17:58
DİN Aslan İsmayılovun döyülməsi barədə dediklərinə münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) vəkil Aslan İsmayılovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) döyülməsi barədə yaydığı məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə açıqlamasında bildirib ki, vəkil Aslan İsmayılovun BMCMİ-də döyülməsi ilə bağlı verdiyi məlumatlar həqiqətdən uzaqdır.

O. Mansurzadə qeyd edib ki, vəkil Aslan İsmayılov bu günlərdə KİV-ə açıqlamalarında konkret cinayətə görə tutulan Rəşad Ramazanova BMCMİ-də guya işgəncə verilməsi barədə həqiqəti əks etdirməyən və böhtan xarakterli məlumatlar yaymaqla polisin cəmiyyətdəki yüksək nüfuzuna və işgüzar imicinə kölgə salmağa cəhd göstərib: “Məsələ ilə bağlı vəkil idarənin İstintaq şöbəsinin rəis müavini Canpolad Daanov tərəfindən adı çəkilən Baş İdarəyə dəvət edilib. Söhbət zamanı İstintaq şöbəsinin rəis müavini tərəfindən Rəşad Ramazanovla bağlı yalan və böhtan xarakterli məlumatlar yaymasının yolverilməzliyi, adı çəkilən şəxsin bununla bağlı verdiyi izahatda idarədə hər hansı fiziki təzyiqə məruz qalmadığını qeyd etdiyi vəkilin nəzərinə çatdırılıb. Əksinə, söhbət zamanı vəkil polis əməkdaşlarını təxribata çəkməyə cəhd göstərib, lakin qanun keşikçiləri təxribata getməyərək özlərini təmkinli aparıblar. Ona görə vəkil Aslan İsmayılovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq şöbəsinin rəis müavini tərəfindən döyülməsi və təhqirə məruz qalması barədə mətbuata açıqlamalarını bütün vasitələrlə gündəmdə qalmağa, ictimai diqqəti özünə çəkməyə və polis barədə qəsdən yanlış rəyin formalaşdırılmasına yönəlmiş təxribatçı bir hərəkət, ucuz sensasiya dalınca qaçmaq, yersiz hay-küy yaratmaq istiqamətindəki növbəti avantürist addım, populizm kimi qiymətləndiririk”.

Vəkil Aslan İsmayılov isə bu gün keçirdiyi mətbuat konfransında BMCMİ-də təzyiqlərə məruz qaldığını deyib. O bildirib ki, BMCMİ-nin rəis müavini Canpolad Daanov ona zəng vurub və idarəyə gəlməyini xahiş edib. Bundan sonra A. İsmayılov BMCMİ-nə gedib. İdarədə C. Daanov tərəfindən qəbul edilən A. İsmayılov rəis müavini tərəfindən döyülərək, təhqir edildiyini, daha sonra sərbəst buraxıldığını deyib.

Hadisədən sonra A. İsmayılov Bakı Şəhər Prokuroru Əziz Seyidovun qəbulunda olaraq, baş verən hadisə ilə bağlı məlumat verib. Bundan başqa A. İsmayılov Daxili İşlər Nazirliyinin “Qaynar xətti”nə və Baş Prokurorluğun növbətçi hissəsinə məlumat verib./Apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
215

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
200

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
215

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
261

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
241
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 11:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru