Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2013
14:14
892
Nəqliyyat Nazirliyi avtobus sürücülərinin əmək haqqını açıqladı
“Sürücülər narahat olmasınlar”

“Avtobuslarda kart sisteminə keçid sürücülərin qazancına mənfi təsir göstərməyəcək. Əksinə bu sistemə keçid sürücülərin stabil olaraq yüksək məbləğdə əmək haqqı almasına imkan yaradacaq”. Bu sözləri Movqe.az-a açıqlamasında sürücülərin kart sisteminə keçid nəticəsində qazanclarının azalması ilə narahatçılıqlarına cavab olaraq Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov söyləyib: "Düzdür Nəqliyyat Nazirliyi sürücülərin əmək haqqı məsələsini tənzimləmir. Bu sürücü ilə sahibkar arasında olan anlaşmadır. Amma sürücülər narahat olmasınlar ki, onlara ayda 500 manat əmək haqqı veriləcək. Sürücülərin əmək haqqı 700-800 manat civarında müəyyənləşəcək. Təbii ki, peşəkar sürücülərə bu sistemə keçiddən sonra daha çox üstünlük veriləcək”.

Xatırladaq ki, avtobus sürücüləri ANS-ə bildirmişdilər ki, kart sistemi işə düşəndən sonra sürücülərin işi üçün problemlər yaranacaq. "İndi gündə sürücüyə 30-50 manat pul qalırsa, onda heç bir manat da qalmayacaq. Guya bizə aylıq maaş verəcəklər? Neynirəm ayda 500 manatı? Həmin 500 manat onların özlərinə verilsə, gəlib bizim kimi zülüm çəkərlər? Əlbəttə ki, yox”, - deyə İntiqam adlı sürücü demişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yasamalda yaşayış binası yanır

20

Avqust
11:37
HÜQUQ,HADİSƏ
36

Azərbaycan əhalisinin gəlirləri artıb

20

Avqust
09:50
İQTİSADİYYAT
1867

Xarici valyutaların manata qarşı məzənnələri

20

Avqust
09:28
İQTİSADİYYAT
364

Brent nefti bahalaşıb, WTI isə ucuzlaşıb

20

Avqust
09:20
İQTİSADİYYAT
713

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
329

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
1023
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 12:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru