Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 May

2013
20:00
İsgəndər Həmidov: `Məni zorakılıqla maşına mindirdilər... Üstümə tapança çəkdilər`
Sabiq daxili işlər naziri başına gələnləri danışdı

Bu gün saat 15 radələrində özlərini polis kimi təqdim edən şəxslər tərəfindən Nərimanov rayonunda yerləşən Montin bağında saxlanılan sabiq daxili işlər naziri İsgəndər Həmidov artıq sərbəs buraxılıb. Bu barədə musavat.com-a məlumatı hadisə vaxtı İsgəndər Həmidovu müşayiət edən Eldar Tağıyev verib.

E.Tağıyev xəbər verib ki, İsgəndər Həmidov sərbəst buraxıldıqdan sonra Müsavat Partiyasının qərargahına gedib və orada İctimai Palatanın Koordinasiya Şurasının üzvləri ilə görüşüb. O, saxlanılmasının və sonra baş verən hadisələrin təfərrüatını danışıb.

İsgəndər Həmidov deyib: "Məni zorakılıqla maşına mindirdilər, kobudluqla apardılar. Üstümə tapança çəkdilər. Gözlərimə qara lent bağladılar, hara aparıldığımı bilmədim. Lenti gözlərimdən bir də polis idarəsində açdılar. İdarədə mənə 28 May - Respublika Günü ilə bağlı Novxanıda keçirilən bayram mitinqində etdiyim çıxışla bağlı suallar verdilər. "Niyə o cür çıxış etmisən" dedilər. Mitinqdəki çıxışımın kasetini qoydular, baxdıq. Dedilər, bu cür sözlər deyərkən kimi nəzərdə tuturdun. Sonra məni hədələyərək bildirdilər ki, bir daha mitniqə getməyim, getsəm də danışmayım. Daha sonra protokol tərtib etdilər. İdarədən çıxaranda yenə gözlərimi bağladılar və mən hansı polis idarəsində, harada dindirildiyimi öyrənə bilmədim. Bu barədə mənə heç bir məlumat vermədilər".

İsgəndər Həmidovun özü isə “Media forum” saytına bunları deyib:

- Gözümü bağlayıb naməlum istiqamətə apardılar. Hiss etdim ki, Daxili İşlər Nazirliyinin hansısa idarəsidir. Mənə dedilər ki, dünən mitinqdə çıxış edib təhqir işlətmisən. Dedim ki, elə şey yoxdur, sübut edin, nəyi, kimi təhqir eləmişəm? Dedilər ki, demisən fahişələrə xalq artisti adı verirlər, şərəfsizlər “Şərəf” ordeni alır. Mən də adlarla dedim ki, filankəslər “Şərəf” ordeni almayıb? Adları çəkdim.

Dedilər ki, növbəti mitinqdə belə çıxış eləmə. Dedim ki, növbəti mitinqdə bundan da sərt çıxış edəcəm. Məni sorğu-sual edən vaxt gözlərim açılmışdı. Məndən izahat alan adam təcrübəli, işini bilən adama oxşayırdı. Sorğu-sual qurtardıqdan sonra isə məni tutulduğum yerə qaytardılar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6730

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5564

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7096

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7087

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9872

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6807
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 05:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru