Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2013
17:06
1212
Taksi sürücüsü: `İcazə versinlər biz də yaşaya bilək`

Bakıda “Jiquli” markalı avtomobillərin taksi kimi fəaliyyət göstərməsinə qoyulan qadağadan bir il ötür. Nəqliyyat Nazirliyinin 2012-ci il mayın 1-dən qüvvəyə minmiş yasağı “Jiquli”ni taksi kimi işlədənlərin 100 manat cərimələnməsini də nəzərdə tutur.

Amma Bakıda “Jiquli” taksilərə tez-tez rast gəlmək mümkündür. Öz “Jiquli”sini taksi kimi işlədən Qəhrəman Mustafayev “Media forum” saytına bildirib ki, çörəkpulu dərdindən və başqa avtomobil almağa imkanı çatmadığından işini davam etdirməyə məcburdur: “Dəfələrlə cərimə olunmuşam, avtomobilim cərimə meydançasına aparılıb. Avtomobilimin sənədlərinin yoxa çıxması hadisəsi də olub. Yol polisi bizi yola verir, sağ olsunlar. Bizi əsas incidən Nəqliyyat Nazirliyidir. Mənim kimi “Jiquli” ilə taksiçilik edən çoxdur. Danlansaq da, beş-üç manat pul qazanıb evimizə aparırıq. Ayrı əlacımız yoxdur. Nəqliyyat Departamentinin əlindən avtomobili bir yerdə saxlaya bilmirik. Bu vaxta kimi ata-babalarımız “Jiquli” sürüb, indi başqa maşınlar var deyə biz acından ölməliyik?

Biz dövlətdən nə istəyirik? Kreditə maşın götürmüşəm ki, beş-üç manat çörəkpulu qazanım. İmkanımız olsaydı, biz də bahalı maşın alıb sürərdik. Bu “Jiquli”ni də mənə dostlarım alıb verib. Kreditini güclə verirəm. Yeni maşın almaq üçün ayda 400-500 manat kredit vermək lazımdır. Mən bu pulu hardan tapım, kimdən götürüm?”

Qəhrəman Mustafayevin sözlərinə görə, müştərilərin çoxu “London taksi”lərindən istifadə etməyə üstünlük verir: “Biz müştərilərə getdikləri yolun həqiqi haqqını da demirik. Ancaq təəssüf ki, müştərilər başqa taksilərə üstünlük verir. Əlbəttə, o avtomobillər daha rahatdır, müştəriləri qınamırıq. Amma bizi də başa düşsünlər, bizi də qınamasınlar. “Jiquli” taksilərinə oturanlar da sağ olsun, oturmayanlar da. Sadəcə icazə versinlər biz də yaşaya bilək”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan əhalisinin gəlirləri artıb

20

Avqust
09:50
İQTİSADİYYAT
1850

Xarici valyutaların manata qarşı məzənnələri

20

Avqust
09:28
İQTİSADİYYAT
349

Brent nefti bahalaşıb, WTI isə ucuzlaşıb

20

Avqust
09:20
İQTİSADİYYAT
703

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
315

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
1016

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
229
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 11:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru