Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2013
14:51
İsrail səfirliyi Nicat Əliyevin döyülməsi ilə bağlı açıqlama verdi
Səfirlik Nicat Əliyevin dediklərini inkar etdi

İsrailin Azərbaycandakı səfirliyi hazırda həbsdə olan jurnalist, “Azadxeber.net” saytının baş redaktoru Nicat Əliyevin səfirlikdə döyülməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
 
Modern.az saytı səfirliyin mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlamağa cəhd edib.
 
Daha sonra diplomatik nümayəndəliyin təhlükəsizlik xidməti ilə təmas qurmaq mümkün olub. Səfirliyin təhlükəsizlik xidmətindən Modern.az-a bildirilib ki, jurnalist Nicat Əliyevin döyülməsi xəbəri doğru deyil. “Belə bir hadisə olmayıb və ola da bilməz. Bu yalnış məlumatdır”-deyə səfirlikdən bildirilib.
 
Mayın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azadxeber.orq” saytının baş redaktoru Nicat Əliyevin işi üzrə proses olub. Vəkil Anar Qasımlı bildirib ki, hüquqlarını müdafiə etdiyi Nicat Əliyev Yasamal Rayon Polis İdarəsində və rayonun 27-ci polis bölməsində vəhşicəsinə döyülüb, işgəncəyə məruz qalıb. “Hətta onu İsrail səfirliyinə aparıblar. Səfirliyin bir nümayəndəsi “Bin Laden budurmu?” deyə rişxənd edib, onu döyməyə başlayıb”.

Jurnalist Nicat Əliyev məhkəmədə dəhşətli faktlar açıqladı

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
250

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
236

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
236

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
273

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
262
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 12:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru