Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2013
16:36
Azərbaycan və Türkiyə təhsil nazirləri diplomların qarşılıqlı tanınması məsələsinə aydınlıq gətiriblər

Azərbaycan və Türkiyə təhsil nazirləri diplomların hər iki ölkədə qarşılıqlı tanınması məsələsinə aydınlıq gətiriblər. Türkiyənin təhsil naziri Nəbi Avcı bildirib ki, diplomların qarşılıqlı tanınması məsələsi Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ilə Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya arasında keçirilən görüşdə müzakirə edilib. O deyib ki, gələcəkdə diplomların tanınmasında heç bir problem qalmayacaq.

Nazir qeyd edib ki, Azərbaycandan Türkiyəyə, Türkiyədən isə Azərbaycana təhsil almağa gedəcək tələbələrin, eləcə də ixtisasların sayının artırılması üçün iş aparılır. O, gələcəkdə qarşılıqlı tələbə mübadiləsinin davam edəcəyini söyləyib: “Mövlanə Mübadilə Proqramı gələcək illərdə Qafqaz Universitetləri Birliyinə üzv olan ölkələr arasında həyata keçiriləcək. Bu proqram çərçivəsində tələbələr və müəllimlərin qarşılıqlı mübadiləsi daha da yaxşılaşacaq”.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov də məsələyə münasibət bildirib. O qeyd edib ki, ali təhsil sahəsindəki problemlərin həlli, gələcək inkişaf perspektivləri həm Türkiyənin təhsil naziri Nəbi Avcı, həm də Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya ilə keçirilən görüş zamanı müzakirə edilib: “Ümid edirəm ki, bu müzakirələrin nəticəsi təhsil ocaqlarının fəaliyyətinə öz müsbət təsirini göstərəcək. Gələcək planlar barədə Türkiyə ilə müəyyən razılıq əldə olunub”./Apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7366

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6199

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7755

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7694

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11032

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7437
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-07-2020 04:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru