Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2013
14:29
714
Xalidə Xalid və sürücüsü yaxın iki gün ərzində Azərbaycana təhvil veriləcək

Hazırda hər iki ölkənin müvafiq qurumları təhvil-təslim işləri aparır, soydaşlarımızın İranda səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə birgə vətənə qayıtması gözlənilir. İranda ötən gün həbsdən azad olunan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov yaxın iki gün ərzində Azərbaycana təhvil veriləcək. İranda səfərdə olan Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətindən verilən məlumata görə, hazırda hər iki ölkənin müvafiq qurumları təhvil-təslim işləri ilə bağlı sənədləşmə aparır.

Sənədləşmə işi başa çatdıqdan sonra Azərbaycan vətəndaşları təhvil veriləcək. Onların  Azərbaycan nümayəndə heyəti ilə birgə vətənə qayıtması gözlənilir. Şeyxin başçılıq etdiyi nümayəndə heyəti İrana səfərini mayın 22-də yekunlaşdırıb Azərbaycana qayıdacaq.

Qeyd edək ki, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Mayın 18-də QMİ sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfərindən sonra mayın 19-u isə onlar azadlığa buraxılıblar./Apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
55

Dünya bazarlarında neft bahalaşıb

19

Avqust
10:33
ELM / TƏHSİL
1088

Bakıda yol polisinin iştirakı ilə zəncirvari QƏZA

19

Avqust
10:32
HÜQUQ,HADİSƏ
426

Xarici valyutaların manata qarşı məzənnələri

19

Avqust
09:38
İQTİSADİYYAT
81
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 14:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru