Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2013
17:35
Hesablama Palatası İTV-dəki yoxlama ilə bağlı açıqlama verdi

Hesablama Palatasının İctimai Televiziya və Radio Yayımları Şirkətində apardığı yoxlama nə yerdədir? Mayın 15-də “Media forum” saytı sualı palatanın mətbuat xidmətinin rəhbəri Nailə Qazıyevaya ünvanlayıb. O deyib ki, yoxlamalara mayın 10-dan start verilsə də, əsas iş bu gündən başlayıb: “Yoxlama üç-beş həftə davam edəcək”.

Nailə Qazıyeva əlavə edib ki, prosedura görə, yoxlamaların nəticələri üzrə akt bağlanmalı, həmin aktların əsasında hesabat, daha sonra Hesablama Palatasının rəyi hazırlanmalıdır: “Auditin nəticələri üzrə hazırlanmış hesabat və rəy palatanın kollegiya iclasında müzakirə edildikdən sonra ümumi qərar qəbul olunur. Sonda hazır sənədlər Milli Məclisə göndərilir. Bütün proseslər başa çatdıqdan sonra yoxlamaların nəticələri açıqlanır”.

Aprelin 22-də İctimai Televiziya və Radio Yayımları Şirkətinə yeni baş direktor seçilib. 2005-ci ildən bu vəzifəni tutan İsmayıl Ömərovu Cəmil Quliyev əvəz edib. Bir neçə gün öncə Hesablama Palatasının kollegiya iclası İctimai Televiziya və Radio Yayımları Şirkətində dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsi üzrə auditə qərar verib.

“Media forum” saytı İTV-də aparılan yoxlamalara keçmiş direktor İsmayıl Ömərovun münasibətini öyrənmək istəyib. İsmayıl Ömərov xaricdə müalicə olunduğunu deyib və telefonu qapadıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54943

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
53009

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54430

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
54184

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59624

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53863

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54200
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2020 02:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru