Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 May

2013
23:21
Bizə bəxş edilən `iyrənc` təbib

Qara, sürüşkən, qurdabənzər və qanla qidalanan zəlilərdən çox vaxt iyrənirik. Halbuki bu “təbiət həkimləri” bəzən insanların elə orqanlarını sağaldırlar ki, həkimlərin özü belə bunu bacarmır. Xoşagəlməz təsir bağışlasa da, müasir dövrdə zəli insanların bir çox dərdinin dərmanına çevrilmişdir.

Qeyd edək ki, zəli 1984-cü ildən “Qırmızı Kitab”a daxil edilmişdir. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir. Dünyada zəlinin 400-ə qədər, Azərbaycan da isə 17 növü var ki, bunun ancaq üçü (Şərq zəlisi, aptek zəlisi, tibb zəlisi) tibdə istifadə edilir. Bütün dünyada zəlinin ən yaxşı növlərindən biri - Şərq zəlisi Azərbaycandadır. Zəlinin insan və başqa canlılar üçün təhlükəli növləri vardır. Daha çox Ermənistanda yayılan at zəlisi hər hansı canlıya yapışıb, qanını sorur və öldürür.

Zəli ilə müalicə hirudoterapiya adlanır. Əsrlərlə insanların bu xeyirxah canlı ilə təmasdan uzaqlaşmanın səbəbi kimyəvi dərman preparatları olmuşdur. Lakin dərmanların ziyanlı tərəflərini insanlar başa düşəndən sonra yenidən hirudoterapiyaya üz tutmuşlar.

Zəlinin ağız suyunda olan fermentlərin insana heç bir ziyanı yoxdur. Zəlinin ağız suyunun tərkibində olan 100-ə yaxın bioloji aktiv maddənin ancaq 20 faizini elm öyrənə bilmişdir. Bu canlının ağız suyunda olan hirudin maddəsi qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi prosesi aradan götürür, immun sistemini möhkəmləndirir və infeksiya törədicilərinin inkişafının qarşısını alır. Hirudin, eyni zamanda, qan damarlarında yüksək təzyiqi azaldır, xoralaşma prosesini, eroziv sahələri bərpa edir və sağalma sürətlə gedir.

Xroniki iltihab proseslərində, ürək qüsurlarında, ürəyin işemik və qan dövranı xəstəliklərində, stenokardiya, maddələr mübadiləsi pozulduqda, osteoxondroz (duzlaşma), uroloji, ağ ciyər və qara ciyər, mədə-bağırsaq, ginekoloji, revmatizm, dəri xəstəliklərində zəli ilə müalicə müsbət effekt verir. Zəli yeganə vasitədir ki, hətta ölmüş sinir hüceyrələrini bərpa edir.

Zəli tək xəstəliyi sağaltmır, eyni zamanda yuxu və iştahanı da yaxşılaşdırır. Həssas insanlar üçün də bu müalicə faydalıdır. Zəlidən sonra baş ağrısı, miqren keçib gedir, qan təzyiqi normallaşır. Zəli hipertoniya xəstəliyində də çox effektivdir, eyni zamanda onurğa sütunu yırtığı mualicəsində əvəzsizdir. Effekt elə ilk seansda özünü göstərir. Lakin bəzi xəstəliklər zamanı zəli ilə mualicə məsləhət görülmür.

Zəlinin hamilə qadınlara, anemiyalı, hemofiliyalı, onkoloji xəstələrə tətbiq edilməsi düzgün deyildir. Zəli qanı durultduğundan qan təzyiqi aşağı olanlar üçün təhlükə yarada bilər. Zəli qoydurmaq istəyən şəxsin qanının reoloji göstəriciləri haqqında həkimdə məlumat olmalıdır.

Hər zəlidən ancaq bir dəfə istifadə etmək olar.

Zəlinin mualicə effekti bir neçə faktordan ibarətdir:

1. REFLEKTOR təsir mexanizmi. Zəli dəri üzərində refleksogen zonalara uyğun yerləşdirilməlidir. Elm adamları qeyd edirlər ki, zəlilər bioloji aktiv nöqtələr yerləşən yeri özləri müəyyən edə bilirlər. Buna görə də,əgər siz (məsələn, qaraciyərinizin, ürəyinizin, böyrəyinizin və s.) orqanın yerləşməsini yaxşı bilmirsinizsə, narahat olmağa dəyməz. O özü lazımi refleksogen nöqtəni seçəcəkdir. Lakin onu da qeyd edim ki, səthi venalar və arteriyalar görünən nahiyələrə zəli qoymaq olmaz. Çünki bu səbəbdən yaranan qanaxmaları dayandırmaq çətin ola bilər. Xəstə çox miqdarda qan itirər.

 2. MEXANİKİ təsir mexanizmi. Mexaniki amil səbəbindən (zəlinin dişləməsi və qanı sorması) orqanizmdə dövr edən qanın həcmi azalır və bununla da qan damarlarında təzyiq aşağı enir, keçiricilik (damarların sirkulyasiyası) yaxşılaşır. Damarlarda dövr edən qanın azalmasına 2 amil səbəb olur:  

Hər bir zəlinin 5-15 q qan sovurması;

Zəli dişlədiyi yerdən düşdükdən sonra müəyyən müddət ərzində axan qan (3-24 saat ərzində qan axa bilər).

3. BİOLOJİ təsir mexanizmi. Zəlinin ifraz etdiyi seliyin tərkibində bir çox bioloji aktiv maddələr vardır. Zəli dərini dişlədikdən sonra bu maddələr qana keçir və öz əvəzedilməz təsiri ilə bir çox xəstəliklərin müalicəsində müsbət effekt verir. İnsanlar buna görə də 3000 ildir ki, hirudoterapiyadan xeyir tapir va bu mualicə üsulunu unutmurlar. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
5638

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4598

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6180

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6205

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
8127

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5926
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-07-2020 08:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru