Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2013
17:28
Polislə dalaşan motosiklet sürücüsü həbs olundu
Cavid Alxasov barəsində 10 sutka inzibati həbs qərarı verilib

“Bütün hallarda vətəndaşlar polislə münasibətdə etik normalara və polisin qanuni tələblərinə əməl etməlidirlər. İstənilən vətəndaş tərəfindən hər hansı bir hüquq pozuntusuna yol verildiyini görən polis əməkdaşı qanunvericiliklə üzərinə düşən vəzifəyə uyğun olaraq həmin vətəndaşı qanunlara riayət etməyə dəvət etməlidir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Azadlıq Meydanında polis əməkdaşı ilə motosikiet sürücüsü arasında baş verən qarşıdurmaya münasibət bildirərkən deyib. O. Mansurzadə bildirib ki, polis cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini, eləcə də qanunvericiliyin təmin olunması kimi çox gərəkli və vacib bir vəzifəni yerinə yetirir: “Kimliyindən, sosial, siyasi, dini və milli mənsubiyyətindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Hüquq pozuntusu baş verdikdə polis əməkdaşı qanun çərçivəsində lazımi tədbirlər görmək hüququna malikdir. Vətəndaşlar isə onun bu tələblərinə əməl etməlidirlər”.

O. Mansurzadə onu da bildirib ki, polis əməkdaşına qarşı kobudluq etmiş motosiklet sürücüsü, 1984- cü il təvəllüdlü Cavid Alxasov bu gün Səbail rayon polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1 maddəsi (polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaq) ilə protokol tərtib olunub. İşə baxılması üçün saxlanılan şəxs Səbael rayon Məhkəməsinə göndərilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə C. Alxasov barəsində 10 sutka inzibati həbs qərarı verilib. 

Qeyd edək ki, ötən gün Azadlıq Meydanında keçirilən motosiklet şousunda polislə motosiklet sürücüləri arasında qarşıdurma baş verib. Tərəflər bir-birlərinə qarşı ağır ifadələr işlədiblər. Qarşıdurmanın bir hissəsi hadisə şahidləri tərəfindən çəkilərək “Qafqazinfo”ya təqdim edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20032

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18642

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19977

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19558

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25096

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19551

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19706
Şərhlər
aziz tərəfindən 07-05-2013 20:38:27 tarixində yazıldı
fikir
Azerbaycan polisi oz geyim qaydasina reayet etmir, ehalinin gozunde tir axtarir.... polis emekdashi keptasini ele qoyub bashina ki ele bil lotudu...
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 14:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru