Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2013
09:51
1129
Məhərrəm Əliyev əsgər anasının döyülməsi məsələsinə aydınlıq gətirdi
“Əsgər anasına qarşı təhqiramiz hərəkətlər edəcək səviyyədə adam deyiləm”

“Bir neçə gündür mətbuatda hərbi xidmətdə olarkən intihar etmiş əsgər İsmayıl İbayevin valideynləri ilə Prezident Administrasiyasında görüş zamanı yaranan gərginlik, guya onların təhqir olunması ilə bağlı məlumatlar dərc olunur. Və həmin materiallarda mənim adım hallanır. Əsgərin valideynləri guya mənim göstərişimlə Administrasiya mühafizəçiləri tərəfindən təhqir edilib. Mən adımın həmin xəbərlərdə bu şəkildə hallandırılmasına reaksiya verməyə bilmərəm” .

Bu sözləri “Qafqazinfo”ya eksklüziv açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev bildirib.

M. Əliyevin bildirib ki, əsgər İbayev İsmayıl xidmət etdiyi Naxçıvan Muxtar Respublikasında 2012-ci ilin iyulun 31-də vəfat edib. Baş verən hadisədən sonra onun komandirləri Rövşən Ataşovla Röyal Əliyev ittiham olunaraq barələrində həbs qərarı seçilib: “Bu hadisədən düz dörd ay sonra, yəni ötən ilin 30 noyabrında cənab prezidentin sərəncamı ilə mən məlum vəzifəyə təyin olunmuşam. Göründüyü kimi artıq mən təyin olunanda həmin hadisə ilə bağlı istintaq da başa çatmışdı. Lakin mən vəzifəmin icrasına başlayandan bugünə kimi həmin əsgərin valideyinlərini düz üç dəfə qəbul etmişəm. Hər dəfə də bir neçə generalın işitrakı ilə onları dinləmişik. Baş verən hadisə, istintaqın gedişi, aparılan araşdırmalar haqqında onlara məlumat verilib. İkinci görüşdə valideynləri bizdən tələb ediblər ki, işin istintaqı alınaraq Milli Təhlükəsizlik Nazirliyinə verilsin. Biz də onlara izah etmişik ki, qaldırdıqları məsələ digər qurumların səlahiyyətinddədir və işin alınıb MTN-ə verilməsi üçün məktubla müraciət etmələrni tövsiyə etmişik. Və məktub da yazılıb. Onlarala sonuncu görüş zamanı mərhum əsgərin anası onlarla digər valideynin qarşısında özünü əsəbi aparmağa başladı, qeyri-normal hərəkətlər etdi, özünə xəsarətlər yetirdi. Onun səs-küyünə mühafizəçilər və polis əməkdaşları gəlib ananı sakitləşdirməyə və ərazidən uzaqlaşdırmağa başladılar. Yəni mən hər hansı görüşdə, özü də əsgər anasına qarşı təhqiramiz hərəkətlər edəcək səviyyədə adam deyiləm” .

M. Əliyev deyib ki, son vaxtlar adının həm bu, həm də digər xəbərlərdə hallandırılması təsadüfü deyil: “Bu yazını yazanlara bir qədər obyektiv və peşəkar olmağı tövsiyyə edirəm. Qaldı ki, bu yazıları yazdıranlara, mən sadəcə demək istəyirəm ki, ayıbdır. Bu cür aşağı səviyyəli, heç bir fakta söykənməyən, əxlaqa sığmayan yazılarla mənə nəinki indi, uzun illərdir ki, heç bir ləkə vura bilməyiblər. Onu demək istəyirəm ki, çoxbilmiş quşlar dimdiyindən ilişərlər. Necə ki, ilişiblər... Bu cəmiyyətdə kimin kim olduğunu və nə işlər gördüyünü hər kəs bilir. Bilməyənlərə də hələlik nəyisə sübut etməyə ehtiyac yoxdur”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
129

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
524

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
74

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
42

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
47
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2019 01:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru