Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2013
13:41
Mirmahmud Mirəlioğlu: 2013 millətin səfərbər olma ilidir!
“Əsas məsələ bu hakimiyyəti mədəni şəkildə yola salmaqdır! Bundan sonra daha qəliz işlər var”

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ölkədəki ictimai-siyasi durumla bağlı açıqlama verib. FaktXəbər-in məlumatına görə, Azərbaycanda söz azadlığına qarşı olunan təzyiqləri kəskin şəkildə tənqid edən partiya sədri, haqq sözünün gec-tez qalib gələcəyini vurğulayıb. Konkret sifarişlər əsasında fəaliyyət göstərən media qurumlarının sayının getdikcə artdığına diqqət çəkən KXCP rəhbəri, belə bir mənzərə fonunda ölkədə cərəyan edən hadisələrin ictimaiyyətə olduğu kimi çatdırılmadığından dərin təəssüf hissi keçirdiyini bildirib. Artıq insanların doğru söz dedikləri üçün ciddi təqiblərə məruz qaldıqlarını bildirən M.Mirəlioğlu, ədalət tərəfdarı olub düz söz deyənlərin tarix boyu min bir əziyyətlə qarşılaşdıqlarını  xatırladıb. “Bütün bunlara baxmayaraq yolumuz Haqq yoludur!” Buna görə də biz, bütün çətinliklərə sinə gələrək bu kimi cılız məntiqə söykənən süni əngəlləri aşacağıq. Buna gücümüz və imkanız var” deyən  KXCP sədri, “Gündəm-xəbər” qəzetinə olan repressiv addımları da pisləyib.

“Hazırkı iqtidarın “zorən siyasətçi”, “zorən deputat”, “zorən diplomat” vs. bu  kimi hakimiyyət nümayiş etdirməsi artıq xalqa çoxdan bəllidir. Biz, illərdir xalqın taleyüklü məsələləri haqda danışırıq. Məgər biz, Heydər Əliyev hakimiyyətə gələndə onun qiymətini verməmişdik? Vermişdik! Məgər biz, hakimiyyət İlham Əliyevə ötürüləndə bununla bağlı danışmamışdıq? Əlbəttə ki, danışmışdıq! Yox, əgər indi Dövlət Departamenti “Prezident hökmranlıq edir!”, - deyirsə, bizlər bunu ilk gündən bildirmişdik. Sağ olsunlar ki, gec də olsa açqladılar. İndi durub onları “topa tutmaq” lazım deyil ki, niyə bunları indi söyləyirsən? Ona bu gün  sərf edir, bu gün bildirir”, - deyə partiya rəhbəri açıqlayıb.

İndiki hakimiyyətin fəaliyyətini mahiyyəti üzrə, obyektivliyi qoruyub saxlayaraq, açıq-aşkar göstərən çox az sayda qəzetin olduğunu söyləyən M.Mirəlioğlu, Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatına da toxunub: “Dövlət Departamentini durub sorğu-sual edəcək deyilik ki, Əli Həsənovun adını niyə indi çəkirsən? Niyə indiyədək Ramiz Mehdiyevlə işbirliyində idin? Təbii ki, Dövlət Departamenti, Avropa Şurası bu haqda danışmağı bu gün  məqsədəuyğun bilib, öz siyasətinə uyğun hesab edib indi mövqe bildirir. Biz, bunu əvvəl demişdik, lap yaxşı! İndi bu “silah”dan ədalətlə, siyasi əxlaqla istifadə etməliyik”.

Bəzi tarixi məsələlərin gündəmə gəlməsi üçün zamana ehtiyac olduğunu deyən partiya sədri, bu gün Elşad Abdullayevin “alver videosu”nun xalqın səfərbərliyi üçün lazımi fakt olmasından söz edib. Bəzi məsələlərin isə daha sonra açıqlanmasının önəmini bildirən partiya sədri belə deyib: “Təbii ki, zamanı gəldikcə hər şeyi deyəcəyik. 2000-ci ildə Heydər Əliyevi bir mandatdan mərhum eləməklə Konstitusiyada dəyişiklik etməyə biz məcbur eləmişik. Mən məcbur eləmişəm. Proporsional seçki sisteminin ləğv olunmasının səbəbkarı mənəm, mənim mandatımdan imtina etməyimdir. O cümlədən, mənimlə birlikdə digərlərinin də imtina edib sonradan 1 milyon və 750 min almalarıdır...”

Mövcud hökumət tərəfindən “anti-milli ünsürlər” kimi ifadələrə rast gəlindiyini qeyd edən M.Mirəlioğlu, “Kimdir milli? Kimdir ünsür? Kimdir anti-milli? Bütün bunların hamısı ortadadır. Amma yenə də bu ifadə deyilir. Ya məcburi deyilir, ya ağılları kəsmədən deyirlər, ya da hansısa səbəbdən bunu edirlər. İndi biz bununla öz yolumuzdan dönməliyik ki, bəs xətrimizə dəyib? Əsla! Bu gün Azərbaycan xalqının bəlli “polis xofu”ndan ayılmasının vaxtıdır. Artıq camaatın hansısa müzakirələrə son verərək, birlikdə hərəkətə keçməsinin zamanıdır.  Millətin səfərbər olma ilidir! Əsas məsələ bir olub, birlikdə olub bu hakimiyyəti mədəni şəkildə yola salmaqdır! Bundan sonra daha qəliz işlər var. Yəni haqqı nahaqdan ayıraraq, ədalətlə hökm vermək”, -  deyə fikirlərini tamamlayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61163

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58925

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60603

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60242

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65775

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60075

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60232
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2021 00:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru