Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2013
17:25
Xarici meyvələr sonsuzluq yaradır, yerli məhsul isə yoxdur

Mövsümlə əlaqədar indi paytaxt bazarlarında xarici  meyvələr yerli məhsullara nisbətən üstünlük təşkil edir. FaktXəbər-in məlumatına görə, satıcılar deyir ki, yerli mal yoxdur, hamısı xarici mallardır. Qiymətlərə gəlincə, baha olsa da, bu məhsulların alıcısı da az deyil.

Bəs xaricdən gətirilən meyvələrin keyfiyyəti necə, görünüşü qədər yaxşıdırmı? Milli Ekoloji Proqnozlaşma mərkəzinin rəhbəri Telman Zeynalov ATV-yə açıqlamasında deyib ki, bu irsi dəyişilmiş toxumlardılar: "İlk növbədə sonsuzluq yaradır. İnsanlar başlayırlar özündən asılı olmayaraq şişməyə. Geni dəyişilmiş meyvə nədir? Şaxtaya, istiyə, quraqlığa tab gətirən toxumlardılar. Heyvanların genini qatırlar ora".

Qeyd edək ki, xaricdən idxal olunan meyvələrin ziyanlı olub-olmadığını, geni dəyişdirildiyini bilmək üçünsə laboratoriya şəraitində yoxlamaq lazımdır. Amma bu gün Azərbaycanda bunu həyata keçirmək olmur. Səbəbsə qanunvericilikdir. Qanunvericilik aktual olmadığına görə, məhsulların tərkibinə qarışdırılan genetik modifikasiya olunmuş mənbələrdən alınmış məhsulların laboratoriya təhqiqatı aparılmır.

Kənd Təsərrüfat Nazirliyi çıxış yolu kimi yerli məhsulların yaz aylarına qədər saxlanma imkanlarını artırmaqda görür. Nazirliyin şöbə müdiri Sabir Vəliyev deyir ki, hazırda Azərbaycanda soyuducu anbarlar olsa da, sayca yetərli deyil. Ona görə də yaz aylarında yerli meyvələrin bazara çıxarılması mümkün olmur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43366

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41638

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43290

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42752

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48259

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42808

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43244
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 11:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru