Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2013
21:28
Hərbi Prokurorluqdan öldürülən hərbi qulluqçunun dəfni zamanı qarşıdurma yaranması barədə məlumatlara münasibət

Respublika Hərbi Prokurorluğu bir neçə gün əvvəl əsgər yoldaşı tərəfindən qətlə yetirilən hərbi qulluqçunun dəfni zamanı qarşıdurma yaranması barədə bəzi KİV-də yayılan məlumatlara münasibət bildirib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, bəzi KİV-də guya mərhum əsgər Kamran Məmmədovun Göygöl rayonunda dəfn mərasimi zamanı qarşıdurma yaranması və hüquq-mühafizə orqanları tərəfindən mərhumun dəfninə icazə verilməməsi barədə yalan məlumatlar dərc edilib: “Birmənalı olaraq bildiririk ki, hər hansı qarşıdurmanın baş verməsi haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil. Mərhum Kamran Məmmədov torpağa tapşırılıb və onun dəfninə heç bir maneçilik törədilməyib”.

Qeyd edək ki, bu gün KİV-də Azərbaycan Ordusunun qətlə yetirilən  əsgəri Kamran Firdovsi oğlu Məmmədov dəfnində qarşıdurma yaranması barədə məlumatlar yayılıb. Məlumatlarda bildirilir ki, baş vermiş qətli araşdıran hüquq-mühafizə orqanları əsgərin dəfninə icazə verməyiblər.

Xatırladaq  ki, məlum qətl hadisəsi Müdafiə Nazirliyinin Bakıda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri 19 yaşlı Xəyyam Asif oğlu Bayramov əsgər yoldaşı, 18 yaşlı Kamran Firdovsi Məmmədovu bıçaqlayıb. K. Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
46836

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45020

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46600

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46220

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51736

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
45879

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46433
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2020 18:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru