Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2013
20:53
Köçkünlər Bakı Dövlət Universitetinin yataqxanalarından köçürülür
Yaxın 2 ay ərzində 20 mindən çox qaçqının köçürülmə prosesi başa çatacaq

Yaxın 2 ay ərzində 20 mindən çox məcburi köçkünün yeni inşa edilən qəsəbələrə köçürülməsi prosesi başa çatdırılacaq. Bu açıqlamanı jurnalistlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov verib. Komitə sədri yaxın günlərdə, ilk növbədə, Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürülməsinin başa çatdırılacağını deyib: “Daha sonra 7-ci mikrorayondakı yarımçıq tiklidə yaşayan vətəndaşlarımızın köçürülməsinə başlanılacaq. Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarında məskunlaşan soydaşlarımız Masazır qəsəbəsində yeni istifadəyə verilən qəsəbəyə köçürüləcək. Mingəçevir şəhərində yaxınlarda açılışı olan qəsəbəyə də köçürülmə prosesinə start veriləcək”.

Komitə sədri Qobu qəsəbəsində inşa ediləcək şəhərciklə bağlı ilkin müzakirənin keçirildiyini də xatırladıb: “Qobu qəsəbəsindəki yaşayış məntəqəsi müvəqqəti məskunlaşmaq üçün tikiləcək şəhərcikdir. Burada köçkünlər müvəqqəti yaşayacaq, öz doğma yurdlarına qayıtdıqdan sonra orada salınan şəhər Abşeron rayonu İcra Hakimiyyətinə və ya ölkə rəhbərinin şəxsi nəzarəti ilə vətəndaşlarımızın istifadəsinə veriləcək”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13637

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12302

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13720

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13304

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18669

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13173

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13296
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 20:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru