Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2013
10:18
Vüsal Hətəmov: `Hərbi hissələrə təcili şəkildə hərbi psixoloqlar və dini işlər üzrə mütəxəssislər cəlb edilməlidir`

“Ordu rəhbərliyinə kimin gətirilməsindən asılı olmayaraq, baş verən ölüm hadisələrinin qarşısının alınması mümkün olmayacaq. Problemin yeganə həll yolu qanunvericiliyin təkmilləşdirilməsidir. Müxtəlif yaşlı əsgərlərin bir çətir altında olması və onların bərabər xidmət keçməsi xüsusilə müsəlman mentaliteti ilə mümkün deyil. Hətta məni də müdafiə naziri təyin etsələr belə, problemlərin qarşısı alınmayacaq”. Bu sözləri FaktXeber.com-a hərbçi-ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov son zamanlar ordumuzda baş verən əsgər ölümlərini dəyərləndirərkən söyləyib.

Amma Azərbaycan Birlik Təşkilatının rəhbəri Vüsal Hətəmov başqa fikirdədir. O, orduya dini işlər üzrə mütəxəssislərin cəlb edilməsi problemin həllində rolu ola biləcəyini düşünür: “Hesab edirəm ki, dini mütəxəssislərin orduya cəlbi, problemi tam həll etməsə də, müəyyən qədər rolu olacaq. Çünki insan yaşının hər dövründə mənəvi təlimata ehtiyac duyur. Bu səbəbdən Hərbi Akademiyada ilahiyyat dərsləri tədris olunmalı və bu elmlərə malik zabitlər yetişdirilib, hərbi hissələrə göndərilməlidir. Bu bir qədər vaxt aparası olduğu üçün müddətdən kənar hərbi xidmət şərti ilə ilahiyyatçı vətəndaşlarımızdan da istifadə edilsə, məncə uyğun olar. Lakin mən əsgər ölümlərinin səbəbini tək Müdafiə Nazirliyində görmək istəmirəm. Burada Təhsil Nazirliyi də xüsusi rola malikdir. Əsgərlərimizin mənəvi durumu orta məktəblərdə qurulur. Orta məktəb də ki, bu, göz qabağındadır. Müəllim-şagird münasibətləri “0” dərəcədə olan cəmiyyətin övladları səhəri gün əsgərlikdə öz qardaşına güllə də atar, hələ o tərəfə də keçər. Maaşı az olan müəllim rüşvət alma səbəbindən şagirdin gözündə müqəddəsliyini itirib. Və bunun səbəbindən müəlliminə hörmət etməyən gənclik cəmiyyətdə hansı təbəqəyə hörmətlə yanaşmalıdır ki?!! Məncə, hərbi hissələrlə paralel, orta məktəblərdə də bu istiqamətdə işlər görülməlidir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
285

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
295

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
367

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
312

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
563

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
370

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
420
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 18:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru