Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2013
12:18
Əli Abbasov Belarusda beynəlxalq tədbirdə iştirak edib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Mətbuat Xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə ölkənin dövlət, özəl və qeyri-hökumət qurumlarının 60-a yaxın rəhbər nümayəndələri  Belarus Respublikasının Minsk şəhərində 20-ci telekommunikasiya, rabitə, təhlükəsizlik, informasiya və bank texnologiyaları üzrə ixtisaslaşmış “TİBO-2013” beynəlxalq sərgi və forumunda iştirak ediblər.

Açılış mərasimində Belarus Respublikasının baş nazirinin müavini Anatoliy Kalinin, İnformatizasiya və rabitə naziri Nikolay Panteley, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov,  eləcə də,  digər rəsmi şəxslər çıxış ediblər.
“TİBO-2013”  sərgi və forumunun təşkilatçıları tərəfindən təltif olunmuş xatirə medalı Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova təqdim olunub. Çıxışlardan sonra ali qonaqlar VİP-tur çərçivəsində Azərbaycanın stendinə baş çəkib və ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlərlə yaxından tanış olublar.

Sonra Belarusun baş nazirinin müavini Mixail Myasnikoviç Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib. Bundan başqa, səfər çərçivəsində Azərbaycan prezidenti cənab İlham Əliyevin Belarusa rəsmi  səfəri zamanı əldə olunmuş razılaşmaya əsasən ikinci Belarus - Azərbaycan İKT Forumu keçirilib.

Bu forum ölkələr arasında İKT sahəsində əməkdaşlıq imkanlarının müzakirə edilməsi, təcrübələrin bölüşdürülməsi, həmçinin gələcək imkanlar üçün əsaslı şəraitin yaradılması məqsədi daşıyır.

Forumda hər iki ölkə arasında İKT sahəsində qarşılıqlı əməkdaşlığa dair sənədlər imzalanıb, eyni zamanda gələcək perspektivlər müzakirə olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61505

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59270

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60934

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60620

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66151

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60424

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60665
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2021 14:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru