Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2013
11:21
Baş Prokurorluq intiharların ictimailəşdirilməsini istəmir

Kütləvi informasiya vasitələrində yer alan xəbərlərin monitorinqi göstərir ki, son zamanlar Azərbaycanda baş verən intihar hadisələrinin sayı artıb. Bir çox mütəxəssislər hesab edirlər ki, KİV-də bu kimi xəbərlərin yer alması intihar hadisələrinin insanların gözündə adiləşməsinə gətirib çıxarmaqla yanaşı, həyatda ümidsizliyə qapılıb psixoloji sarsıntı keçirən insanların diqqətini cəlb edir və onlarda intihar meyllərini artırır.

Bununla bağlı, Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, o, intihar hadisələrinin ictimailəşdirilməsinin əleyhinədir. "Bu kateqoriyadan olan cinayət hadisələrinin kütləvi informasiya vasitələrində yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir. Bəzi hallarda insanlar ümüdsüzliyə qapılaraq çıxış yolunu özünə qəsd etməkdə görürlər və KİV-də yer alan bu cür yazılar dərhal onların diqqətini cəlb edir," - Baş Prokurorluğun sözçüsü bildirib. İntiharın səbəblərinə gəlincə, onlar müxtəlifdir. Bu səbəblər psixoloji və sosial səbəblər, psixiatrik və digər xəstəliklər ola bilər.

"İntihar hadisələrini ölkənin iqtisadi durumu ilə əlaqələndirmək qətiyyən düzgün deyil. Belə ki, Norveç adambaşına düşən ümumdaxili məhsulun həcminə görə dünyanın ən inkişaf etmiş ölkələrindən biri olmasına baxmayaraq, orada intihar hadisələrinin sayı da olduqca yüksəkdir. Lakin buna baxmayaraq, həmin ölkədə fəaliyyət göstərən KİV intihar hadisələrini ümumiyyətlə işıqlandırmırlar",- Sultanov qeyd edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68399

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65822

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67634

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66966

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72446

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66719

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
67048
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-03-2021 23:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru