Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2013
15:35
`Nobel` mükafatçısı nüvə silahı üçün büdcə istədi
Barak Obama 2014-cü ilin dövlət büdcəsində nüvə silahının müasirləşdirilməsi üçün xərclərin artırılması göstərişini verib

ABŞ prezidenti Barak Obama büdcə xərclərinin azaldılması müqabilində nüvə silahlarının daha da müasirləşdirilməsi üçün göstəriş verib.

FaktXəbər-in "Foreign Policy"ə istinadən verdiyi məlumata görə, atom silahlarının müasirləşdirilməsi üçün xərclər 2014-cü ilin büdcəsinə salınacaq.

Qeyd edək ki, Obama Adminstrasiyasının nüvə silahlarını müasirləşdirmək planları, ABŞ prezidentinin 2009-cu ildə "Nüvə silahının yayılmasının qarşısının alınması naminə" aldığı Nobel mükafatından sonra dörd ildir ardıcıl şəkildə həyata keçirilir.

Bundan əlavə, bəzi dövlət xərclərinin, o cümlədən Müdafiə Nazirliyinin bir neçə proqramının maliyyələşdirilməsindən imtina edilsə də, yeni büdcə təklifində nüvə silahının maliyyələşməsi təxminən 7 faiz və ya 500 milyon dollar artırılıb.

Nüvə silahının təkmilləşdirilməsi üçün cari büdcənin isə 7 milyarddan çox olduğu bildirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İki icra başçısının həbs müddəti uzadıldı

12

Aprel
17:09
HÜQUQ,HADİSƏ
202

FHN gəmilərlə bağlı reyd keçirib - VİDEO

12

Aprel
15:23
BÖLMƏNİ DÜZ SEÇ!
366

Lukaşenko Azərbaycana gəlir

12

Aprel
14:42
SİYASƏT
286

Sabah hava necə olacaq?

12

Aprel
13:41
ÖLKƏ
221

Ramazan ayının təqvimi açıqlanıb

12

Aprel
12:46
MƏNƏVİYYAT
306
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-04-2021 02:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru