Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2013
12:24
Naxçıvanın Daxili İşlər Nazirliyi İbrahim İbrahimli ilə bağlı şok açıqlama yayıb

FaktXəbər-in məlumatına görə, aprelin 11-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti İctmai Palatanın Koordinasiya Şurasının üzvü, sabiq millət vəkili İbrahim İbrahimli ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ölkə ictimaiyyətinin diqqətinə çatdırır ki, özünü İctimai Palata adlı qurumun üzvü kimi təqdim edən İbrahimli İbrahim Hilal oğlunun Naxçıvan Muxtar Respublikası Babək rayonunun Tumbul kəndində qohumunun yas mərasimində döyülməsi, özlərini Daxili İşlər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən saxlanılaraq fiziki təzyiqlər göstərilməsi və təhqir edilməsi barədə səsləndirdiyi ittihamlar tam əsassız və uydurmadır.

İ.İbrahimlinin iddialarında yer alan hadisənin öyrənilməsi zamanı məlum olmuşdur ki, o, 6 aprel 2013-cü il tarixdə Babək rayonunun Tumbul kəndində qohumunun yas mərasimində olarkən saxta xalq diplomatiyası haqqında söhbətlər aparmış, orada iştirak edən sakinlərə ermənilərlə qeyd-şərtsiz barışıq içində yaşamağın lazım olduğunu təbliğ etməyə çalışmışdır.

Bu iddialarının davamı olaraq İ.İbrahimli daha sonra söhbətlərində xalq tərəfindən ciddi qınaq obyekti olan yazıçı Əkrəm Naibovu və onun “Daş yuxular” adlı romanının ideya xəttini müdafiə etmiş, bu isə son nəticədə həmin yas mərasimində iştirak edən yaşlı ağsaqqalların, gənclərin və yas mərasimini aparanın hiddətinə səbəb olmuşdur. Yas mərasimini idarə edən din xadimi İ.İbrahimliyə dini inanclarımıza əsaslanaraq, vətənə, xalqa qarşı böhtan atmanın, düşmən milləti öz millətindən üstün tutmanın düzgün olmadığını izah etmiş, həzrəti peyğəmbərin “Öz xalqından üz döndərib başqa xalqa tapınanlar axmaqların axmağı, yolunu azmışların böyüyüdür”, “Vətəni sevmək imandandır” kəlamlarını misal çəksə də, İ.İbrahimli bunlara məhəl qoymayaraq öz fikirlərində israr etmişdir.

Bundan sonra yaşlı nəslin bir neçə nümayəndəsi tərəfindən İ.İbrahimlidən yas mərasimini tərk etməsi tələb olunmuşdur. Yaranmış vəziyyətlə əlaqədar yas mərasimini tərk etməyə məcbur olmuş İ.İbrahimli kəndi tərk edərkən sakinlərlə təkrar mübahisəyə girişmişdir. İ.İbrahimlinin onu müşayiət edən qohumları ilə birlikdə gənclərə qarşı təhqirlər səsləndirməsi dava-dalaşla nəticələnmişdir.

İ.İbrahimlinin qeyd olunan hadisənin dərhal araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmək yerinə, nazirlik və digər dövlət orqanlarına qarşı əsassız ittihamlar irəli sürməsi onun muxtar respublikaya əslində hansı çirkin niyyətlərlə gəlməsinin əyani sübutudur.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi İ.İbrahimlinin bu kimi əsassız ittihamlarını ucuz siyasi dividendlər qazanmaq cəhdi kimi qiymətləndirir və İ.İbrahimlinin müraciət edəcəyi təqdirdə hadisə istintaq yolu ilə araşdırıla bilər”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8211

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6979

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8629

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8484

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
12557

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8238
Şərhlər
MUXTAR tərəfindən 11-04-2013 10:52:41 tarixində yazıldı
KUL HEYIFDI SIZIN UCHUN
KUL SIZIN BAWIVIZA,BELKE KUL DE HEYIFDI SIZIN BAWINIZ UCHUN.DINIVIZ YOXDU,YOXDU BES KIWILIYIVIZ,HE BU BOYDA MILIYARDLARIN QABAQINDA NE KIWILIK...
Haci tərəfindən 11-04-2013 11:20:24 tarixində yazıldı
Az qalib
Men heqiqeten bu mileti dolayan memurlara bir seyi deyirem., allah baxir goyden cox getmeyeceksis.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-07-2020 11:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru