Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Aprel

2013
14:52
Sürücülərin nəzərinə!
Yol polisi: "Sürücülür dövlət yol polsinin keçirdiyi bu tədbirdə maraqlı deyillər və ona etinasız yanaşırlar"

Aprelin 1-dən ölkə üzrə, eləcə də paytaxt ərazisində "Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!" adı altında keçirilən hərəkətin təhlükəsizliyi aylığı zamanı sürücülərin gündüz vaxtı idarə etdikləri avtomobillərdə işıq cihazlarından istifadə etməmələri yol polisində narazılıq yaradıb.

"Sürücülür dövlət yol polsinin keçirdiyi bu tədbirdə maraqlı deyillər və ona etinasız yanaşırlar", bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, ölkə üzrə, eləcə də paytaxt ərazisində keçirilən "Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!" hərəkətin təhlükəsizliyi aylığı ilə əlaqədar aprelin 1-dən bu günədək keçirilən reydlər zamanı 68 avtomobil qanunvericiliklə nəzərdə tutulmuş qaydada yol hərəkətindən kənarlaşdırılaraq cərimə meydançasına aparılıb.

Bundan başqa, 7360 sürücü barəsində inzibati protokol tərtib edilib. Rusiya istehsalı olan "VAZ-2107" markalı avtomobillərdə konstruksiya dəyişikliyi edilərək arxa yayların kəsilməsi və yaxud qabaq hissənin asfalt səthindən yuxarı qaldırılması üçün əlavə elementlərin quraşdırılması faktları aşkarlandığından 72 sürücü, çoxavazlı, yüksək tonlu səsi artırıb-azaldan siren və musiqi səsli siqnalların istifadə edilməsinə görə 34 sürücü, sükan arxasında telefonla danışdığına görə 53 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Sərnişindaşımada nizam-intizamın yaradılması və baş vermiş hadisələrin sayının minimuma endirilməsi məqsədilə keçirilən reydlər zamanı 76 sürücü məsuliyyətə cəlb edilib.

Reydlər zamanı 84 halda qoşa xəttin tələbini pozub əks istiqamətli yol zolağına daxil olma, 103 yol ayrıclarını keçmə qaydalarının pozulması, 2 avtoxuliqanlıq, pərdə-plyonkaya görə 68 qanun pozuntusu və s. faktlar aşkarlanıb.

"Bakı Şəhər Yol Polis İdarəsi bir daha bəyan edir ki, keçirilən bu aylığa digər hərəkət iştirakçılarının diqqətinin cəlb edilməsi, xüsüsusilə sürücülərin keçirilən bu tədbirə yol polisi ilə həmrəyliyiynin simvolu kimi avtomobili idarə edərkən işıq cihazlarından istifadə etmələri xahiş edilir. Bununla əlaqədar məlumat veririk ki, gündüz vaxtı işıq cihazlarının istifadə edilməsi avtomobildə hər hansı texniki nasazlıq yaratmır və heç bir zərəri yoxdur. Ona görə də bu aylığın keçirilməsində daha aktiv olmağı və keçirilən bu aylığın məqsədli keçirilməsinə, yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsinə və yaxud ağırlıq dərəcəsinin yüngülləşdirilməsinə, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanmasına və bütövlükdə "Yol hərəkəri haqqında" Qanunun tələblərini yerinə yetirməklə yol mədəniyyətinin nümayiş etdirilməsində fəal iştiraka səsləyirik,"- Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, belə bir aylığın keçirilməsində məqsəd təhlükəsizlik tədbirlərini gücləndirilmək, keçiriləcək profilaktik tədbirlərin səmərəliliyini yüksəltmək və yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

"Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!" adı altında hərəkətin təhlükəsizliyi aylığı aprelin 30-dək davam edəcək.

Qeyd edək ki, dünya təcrübəsi göstərir ki, artıq müxtəlif ölkələrdə keçirilmiş belə aksiyalar yol-nəqliiyat hadisələrinin azalmasına müsbət təsir göstərir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47922

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45997

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47640

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47221

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52798

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46832

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47274
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-10-2020 02:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru