Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2013
17:08
Baş Prokurorluq Abşeron rayonunda azyaşlı uşağın ölümü ilə bağlı məlumat yayıb

Prokurorluğun mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumatda bildirilir ki, Abşeron rayonunun Kürdəxanı qəsəbəsində yaşayan 2013-cü il təvəllüdlü Qədirov Qurbanhüseyn Zakir oğlunun sünnət edilərkən ölməsi barədə rayon Prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Müəyyən edilib ki, Q.Qədirovun son 10 gündə sidik ifraz edə bilməməsi, axırıncı 3 gündə isə səhhətinin daha da pisləşməsi səbəbindən valideynləri çıxış yolunu onun sünnət etdirilməsində görüblər. Bu məqsədlə yaşadığı evə “dəllək” dəvət edərək onu sünnət etdirib, sonradan uşağın vəziyyəti pisləşərək 14 saylı Təcili Tibbi Yardım Stansiyasına aparsalar da onun həyatını xilas etmək mümkün olmayıb.

Fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68399

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65822

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67634

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66961

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72446

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66719

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
67043
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-03-2021 23:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru