Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2013
11:58
Müdafiə nazirliyndən Yaşar Cəfərlinin döyülməsi ilə bağlı açıqlama
Müdafiə Nazirliyi “Ehtiyatda və İstefada olan Zabitlər” Birliyinin rəhbəri Yaşar Cəfərlinin döyülməsinə münasibət bildirib

Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu “Qafqazinfo”ya açıqlamasında Yaşar Cəfərlinin döyülməsindən xəbərdar olduqlarını bildirib. Nazirliyin sözçüsü hadisənin hansı zəmində baş verdiyi hələlik müəyyən edilmədiyinə görə, bu baradə konkret fikir deməyin tez olduğunu qeyd edib:

“Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Biz də maraqlıyıq ki, hüquq-mühafizə orqanları hadisənin düzgün qiymətini versin. Bundan sonra mahiyyəti baradə nəsə söyləyə bilərik”.

E. Sabiroğlu onu da da əlavə edib ki, indi hansısa mülahizənin üzərində dayanıb onu həqiqət kimi qəbul etmək və vəziyyətdən yararlanmaqla ictimai diqqəti özünə cəlb etmək doğru yanaşma deyil və hüquq bu yolu inkar edir.

Qeyd edək ki, “Ehtiyatda və İstefada olan Zabitlər” Birlyinin rəhbəri Yaşar Cəfərli aprelin 2-də saat 21:30-da fiziki hücuma məruz qalıb. O, baş vermiş hadisədə Müdafiə Nazirliyini ittiham edib: “Müdafiə Nazirliyi və şəxsən nazir Səfər Əbiyevi ciddi tənqid etdiyim üçün hücumu nazir Səfər Əbiyev təşkil edə bilər”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
217

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
218

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 16:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru