Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2013
21:18
Əli Abbasov Braziliyanın səfiri Sergio Arruda ilə görüşüb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Braziliya Federativ Respublikasının ölkəmizdə diplomatik missiyasını başa vuran fövqəladə və səlahiyyətli səfiri Sergio de Souza Fontes Arruda ilə görüşüb.

Azərbaycanla Braziliya arasında dostluq müstəvisində davam edən əlaqələrdən söz açan nazir Əli Abbasov gələcəkdə də ölkələrimiz arasında ikitərəfli münasibətləri genişləndirmək və tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğumuzu bildirib.
2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildiyini xatırladan Sergio Arruda isə ölkəmizdə İKT sektorunun dinamik inkişafının müşahidə edildiyini vurğulayıb. Azərbaycanda bu sahədə qazanılan təcrübənin  Braziliya üçün də maraqlı və faydalı ola biləcəyinə diqqət çəkən səfir bu haqda məlumatları artıq öz hökumətinə təqdim etdiyini də söyləyib.
Öz növbəsində ötən il Braziliyada keçirilmiş ümumdünya “Açıq Hökumət Tərəfdaşlığı” (AHT) üzrə nazirlər toplantısı və illik sammitdə iştirakı ilə bağlı Braziliya səfirliyinin göstərdiyi fəaliyyəti yüksək dəyərləndirən nazir Əli Abbasov bu tədbirdən sonra ölkəmizdə İKT-nin tətbiqi ilə dövlətin idarəedilməsi, “Elektron hökumət”, elektron xidmətlərin genişləndirilməsi və s. kimi faydalı tədbirlərin həyata keçirildiyini, eyni zamanda Azərbaycanın AHT təşəbbüsünə qoşulduğunu, bununla bağlı Tədbirlər Planının hazırlanaraq respublika prezidenti tərəfindən imzalandığını, müvafiq sənədə uyğun olaraq, artıq konkret işlərin icrasına başlanıldığını qeyd edib. Ölkələrimiz arasında İKT sektorunda təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərə ehtiyac olduğunu da söyləyən nazir bu görüşlərin hər iki tərəf üçün faydalı və əhəmiyyətli ola biləcəyinə əminliyini bildirib. Bakıda ənənəvi olaraq hər il keçirilən “Bakutel” sərgi-konfransına Braziliyanın müvafiq nazirliyi və İT şirkətlərini də dəvət edən nazir Azərbaycanda “Yüksək Texnologiyalar Parkı”nın yaradılması üzrə işlərin aparılmasını, növbəti tədris ilindən İnformasiya Texnologiyaları Universitetinin, tezliklə isə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyətə başlayacağını əsas gətirərək, ölkəmizdə bu sahəyə sərmayə qoyulması üçün əlverişli mühitin və geniş imkanların yarandığını, eyni zamanda gələcəkdə Braziliya şirkətlərinin sərmayələrinin Azərbaycan üzərindən region ölkələrinə ixracının mümkünlüyünü də vurğulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61500

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59265

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60929

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60610

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66146

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60408

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60660
Şərhlər
Tahir Əsgərov tərəfindən 21-03-2014 00:48:18 tarixində yazıldı
Texniki sahənin tərkibi barədə beynəlxalq miqyaslı yeni təklif
Hörmətli Əli müəllim! Sizə və digər Nazirliklərə (Təhsil naziri cənab Mikayıl Cabbarova, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova, Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədova və s. nazirliklərə) bu problemlər barədə ətraflı yazıb məlumat vermişəm. Bunlar əsasən texniki sahədə olmaqla, əsirlər boyu elə problemlər yaradıb ki, bunun nəticəsində Azərbaycanın dövləti və xalqının inkişafına ciddi ziyan vura bilib. Baxmayaraq, bu problemlərin bir qismi hətta, çox inkişaf etmiş dövlətlərdə də mövcuddur, amma onlar böyük dövlətlər olduğu üçün oralarda bir elə hiss olunmur. Bildirmək istəyirəm ki, texniki sahə özü necə varsa həllinin izahını əsirlər boyu dəqiq tapa bilməmiş və ciddi problemlər yaratmışdır. Əslində isə bu necə olmalıdır, yəni yeni izahını birinci dəfə olaraq yalnız mən beynəlxalq miqyaslı əyani dəlillərlə vermək istəyirəm, hansı ki, bu tarixi bir hadisə olmaqla Azərbaycan dövlətinin adı ilə səslənə bilər. Nə üçün yazıram yalnız mən, çünki, texniki sahəni ardıcıllıqla, hərtərəfli, bütün incəliklərinə kimi öyrənmək üçün yaranan şərait beynəlxalq miqyasda məndən başqa digər bir kəsə qismət olmayıb. Həmçinin yazmışam ki, bu problemlərin həlli elə çətin və mürəkkəbdir ki, hörmətli PREZİDENTİMİZİN köməyi olmadan heç kim yerinə yetirə bilməz. Nə üçün çox yerlərə bu məlumatı yazıb, kömək göstərmələrini xahiş etmişəm. Çünki, bəzi humanitar sahələrdən başqa qalan yerlərdə görülən işlər texniki sahədə aparılan işlərdən bilavasitə asılı olaraq yerinə yetirilir və elə bilirəm bunu heç kim inkar edə bilməz. Odur ki, bilmək istəyirəm əgər bu problemlər dövlətin və xalqın inkişafı ilə bağlıdırsa, bu barədə məlumat cənab PREZİDENTƏ çatdırılmalıdır, yoxsa yox? Əgər çatdırılmalıdırsa, bəs onda nə üçün indiyə kimi bu məlumat cənab PREZİDENTƏ çatdırılmayıb? Əgər yoxdursa, bilmirəm bunu necə izah edim? Deməli dövlətin və xalqın inkişafı cənab PREZİDENTDƏN başqa heç kimi düşündürmür. Bu yazılarım bir mənalı alındığına görə Sizlərdən üzür istəyirəm. Tahir
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2021 12:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru