Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Mart

2013
12:17
`Müxalifətin mobil telefonlarının dinlənilməsi ilə bağlı sübutların təqdimatına az qalıb`
"Dinlənilən səs yazıları ilə bağlı yaxın zamanda ajiotaj yaradacaq açıqlama olacaq"

Ərəstun Oruclu: “Araşdırma ilə bağlı sənədli film lentə alınır və film hazır olduqdan sonra materiallar mənə də veriləcək”

Bir neçə ay bundan öncə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu facebook səhifəsində Azərbaycanda müxalifət və vətəndaş cəmiyyəti nümayəndələrinin mobil telefonlarının dinlənilməsi ilə bağlı maraqlı bir məlumat paylaşmışdı.  

“İsveçli araşdırmaçı jurnalistlər Frederik Laurin, Sven Bergman və Joachim Dyfvermark səhmlərinin xeyli hissəsi bu ölkənin hökumətinə məxsus olan "TeliaSonera" kommunikasiya şirkətinin Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovaya 250 milyon dollar rüşvət verməsi faktını ifşa ediblər. Kommunikasiya şirkəti olan TeliaSonera həm də Azercell-in səhmdarıdır və bu mobil operatorla bağlı araşdırma aparan TV-jurnalist Joachim Dyfvermark-la xeyli müzakirələrimiz və fikir mübadilələrimiz olub. Xüsusilə də Azərbaycanda müxalifət və vətəndaş cəmiyyəti nümayəndələrinin mobil telefonlarının dinlənilməsi ilə bağlı...Nəticələri yaxın zamanlarda gözləyin!” –deyə ƏRəstun bəy tərəfindən paylaşan statusda qeyd edilirdi.  

Həmin dövrdə Ərəstun bəy bu məsələ ilə bağlı FaktXeber.com-a açıqlama vermişdi və kifayət qədər diqqət çəkən məqamlara toxunmuşdu. Lakin  həmin məlumatın üzərindən bir neçə ay keçməsinə baxmayaraq jurnalist Joachim Dyfvermark gözlənilən məlumatı hələ ki, yaymayıb. Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Ərəstun Oruclu bildirdi ki, hazırda bu istiqamətdə işlər görülür və nəticələr yaxın zamanlarda açıqlanacaq. Hazırda isveçli jurnalistlə əlaqədə olduğunu bildirən Ərəstun bəy, “həmin araşdırma ilə bağlı sənədli film lentə alınır və film hazır olduqdan sonra materiallar mənə də veriləcək. Əldə heç bir sübut və istinad olmadan açıqlama vermək istəmirəm. Çünki bu yersiz söz-söhbətə və qalmaqala səbəb ola bilər”,  - deyə bildirdi: “Həmin jurnalistə mənim inamım var və o, Azercell təsisçisi olan İsveç şirkətinin Özbəkistandakı fəaliyyəti ilə bağlı kifayət qədər ciddi faktlar açıqlayıb. Şirkətdə defakto bunu həzm elədi və heç bir reaksiya da gəlmədi. Bizim həmin jurnalistlərlə əməkdaşlığımız olub və əməkdaşlığımızın bir bəndi olaraq həmin şirkətin Azərbaycandakı fəaliyyəti və o cümlədən vətəndaş cəmiyyəti və müxalifət nümayəndələrinin telefonlarının dinlənilməsinə şərait yaradılmasına dair sübutları bizlərə təqdim edəcəklər.”

Sonda Ərəstun bəy qeyd etdi ki, bu bir etimad məsələsidir və faktlar olmadan nəyisə açıqlayıb qalmaqal yaratmaq istəmir: “ Məqsəd qalmaqal deyil faktı təqdim etməkdir. Gözləntimiz budur ki, təqdim olunan materiallar kifayət qədər şok yaradacaq.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
17043

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
15702

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
17087

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
16680

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
22085

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
16591

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
16710
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-08-2020 12:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru