Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2013
21:14
Baş prokurorluq anasının qəbrinin yanında intihar edən məmurla bağlı açıqlama verdi
Onun cibində özü tərəfindən qardaşı Əliş Məmmədova yazılmış məktub aşkar edilib

Martın 16-da saat 09 radələrində Bərdə rayonu Piyadalar kəndində yaşayan, Dövlət baytarlıq xidmətinin Bərdə rayon baytarlıq idarəsində baş mühasib vəzifəsində işləyən, 1966-cı il təvəllüdlü Məmmədov Vəliş Zili oğlu kəndin qəbirstanlığında, mərhum anasının qəbrinin yanında özü ilə gətirdiyi ov tüfəngindən sinə nahiyəsinə atəş açaraq intihar edib.

Baş prokurorluğun mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı rayon prokurorluğunun, rayon polis şöbəsinin əməkdaşlarının və məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilmiş və digər zəruri prossesual hərəkətlər yerinə yetirilib.

Baxış zamanı Vəliş Məmmədovun cibində özü tərəfindən yazılaraq qardaşı Əliş Məmmədova ünvanlanmış məktub aşkar edilib. Həmin məktubda onu özünü öldürməyə heç kimin vadar etmədiyini, yaşamaqdan bezdiyini, həmçinin alacağı və borcunun olmadığını göstərilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68284

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65672

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67524

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66836

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72346

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66599

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
66918
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-03-2021 05:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru