Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2013
15:45
1933
Bakı Dövlət Universitetinin tələbələri üçün müasir tələblərə cavab verən yataqxana şəhərciyi salınacaq

FaktXəbər-in məlumatına görə, millət vəkili, BDU-nun rektoru Abel Məhərrəmov bu gün jurnalistlərlə söhbətində bildirib ki, unveristetin yataqxanalarında məskunlaşmış həmvətənlərimizin başqa yerə köçürülməsi yaxın bir ay ərzində başa çatacaq.

Rektor bildirib ki, hazırda məcburi köçkünlər Müşfiq qəsəbəsindəki yeni şəhərciyə köçürülürlər. Köçürülmə prosesi başa çatdıqdan sonra isə mövcud tikililər sökülərək yerində yeni və müasir tələblərə cavab verən 5-6 min tələbənin ehtiyacını ödəyəcək şəhərcik salınacaq: "Şəhərciyin layihəsi hazırdır. Tikinti işləri isə bir neçə ilə başa çatacaq. Yəqin ki, BDU-nun 100 illik yubileyinədək tikilib istifadəyə veriləcək".

Qeyd edək ki, Bakı Dövlət Universiteti Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 01 sentyabr 1919-cu il tarixli iclasında təsis edilərək Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradılıb. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
188

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
124

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
152

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
106
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 18:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru