Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2013
14:20
3880
May ayının 1-nə qədər bütün mobil telefonlar qeydiyyata alınacaq
İltimas Məmmədov: “Yeni xidmət may ayının 1-dən etibarən öz işinə başlayacaq”

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Mobil Cihazların Qeydiyyat Sisteminin işə salınmasına həsr olunmuş mətbuat konfransı keçirilib.  FaktXeber.com-un verdiyi məlumata görə, tədbir Rabitə və informasiya texnologiyaları nazirliyində baş tutub. İlkin olaraq çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirdi ki, bu il Azərbaycanda İnformasiya və Texnologiyalar ili elan edilib: “Hal-hazırda bununla bağlı geniş tədbirlər planı hazırlanıb. Yaxın zamanlarda planın icrasına başlanılacaq. İl ərzində çox yüksək layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Layihələr çərçivəsində ən ucqar rayon kəndlərinə belə internetin çəkilməsi planlaşdırılır. Optik xətlərlə kəndlər və şəhərlərin internet istifadəsi nəzərdə tutulur. İl ərzində xeyli sayda layihələrimiz vardır ki, mütəmadi olaraq mətbuata açıqlama veriləcək.”

Mobil Cihazların Qeydiyyat Sisteminin yaradılmasının əsas məqsədinin vətəndaşlara keyfiyyətli və inkişaf etmiş rabitə vasitələrindən istifadəyə şərait yaratmaq olduğunu bildirən nazir müavini, “Mobil Cihazların Qeydiyyat Sisteminin həyata keçirilməsi hər birimiz üçün çox mühüm və önəmli bir məsələdir. Bu xidmətin tətbiq edilməsi həm dövlətə, həm vətəndaşa, həmdə ki, mobil operatorları üçün faydalı olacaq. Yeni xidmət may ayının 1-dən etibarən öz işinə başlayacaq”, - deyə bildirdi: “Yeni sistemin yaradılmasında əsas məqsəd qeydiyyatsız mobil operatorların mobil şəbəkədə istifadəsinin, mobil cihazların qeyri-qanuni yollarla ölkəyə gətirilməsinin, standartlara uyğun olmayan mobil cihazlarından və oğurluq mobil operatorlarından istifadəsinin qarşısını almaqdır. Bu günə qədər  telefonu oğurlanan şəxslər polisə müraciət etmək üçün kifayət qədər uzun proseslərdən keçməli olurdu. Lakin yeni sistemin tətbiqindən sonra 4 rəqəmli nömrəyə zəng ediləcək və bununla da itən telefon heç bir şəbəkədə istifadə oluna bilməyəcək. Eyni halda may ayını 1-nə qədər ölkədə istifadə edilən bütün telefonlara amnistiya elan ediləcək və bu sistemə salınacaq. Lakin may ayının 1-dən etibarən ölkəyə gətiriləcək bütün telefonlar boz siyahıya salınacaq. Vətəndaşlar bunun üçün gərək yaradılacaq mərkəzlərə müraciət etsinlər və telefonlarını qeydiyyata salsınlar.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
223

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1840

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
376

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1304

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
443
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 03:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru