Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2013
20:50
1158
Müsavat Partiyası Naxçıvanda təşkilat sədrinin döyülməsi ilə bağlı etiraz bəyanatı yayıb

Müsavat Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının sədri Sabir Vəliyevin döyülməsi ilə bağlı etiraz bəyanatı yayıb.

Bəyanatda deyilir: “Martın 14-də Müsavat Partiyasının Naxçıvan Muxtar Respublikası təşkilatının sədri Sabir Vəliyev vəhşicəsinə döyülüb. Yaxınları S.Vəliyevi Babək qəsəbəsində icra hakimiyyətinin binası qarşısında huşsuz vəziyyətdə tapıblar. S.Vəliyevin dişləri qırılıb, başı yarılıb, çənəsində və boynunda əl izləri var. Babək rayon xəstəxanasından S.Vəliyevə ikinci dərəcəli beyin travması diaqnozu qoyulub.

Müsavat Partiyası  bildirir ki, S.Vəliyev 20 gündür partiyanın Naxçıvan Muxtar Respublikası təşkilatının sədri seçilib. Son dövrlərdə partiyanın Naxçıvan təşkilatı aktivliyi ilə seçilir. Bu səbəbdən də S.Vəliyevə siyasi fəaliyyətdən əl çəkməsinə dair xəbərdarlıq olunub. Müsavat Partiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, S. Vəliyevə qarşı təzyiqlər siyasi xarakter daşıyır.

Naxçıvan kimi insanların təhdid və qorxu altında saxlandığı bir bölgədə siyasi aktivliyin artması yerli hakimiyyətin totalitar xəttinə uyğun gəlmir. Yerli hakimiyyətin yazılmamış qanunlarına tabe olmayan Naxçıvan sakinləri müxtəlif repressiyalara məruz qalır.

Ötən il Naxçıvan MTN-də Turac Zeynalov işgəncə verilərək öldürülüb, onun ailə üzvlərinə təzyiqlər olunub. Jurnalistlər, daha öncəki illərdə hüquq müdafiəçilərinin döyülməsi faktlarının qeydə alındığı bu bölgənin sakinləri faktiki olaraq fövqəladə rejimdə yaşayırlar.

Müsavat Partiyası  S.Vəliyevə ölümcül xəsarətlərin yetirilməsini yuxarıda sadalanan repressiya faktlarının davamı kimi qiymətləndirir. Müsavat Partiyası bəyan edir ki, S.Vəliyevin döyülməsi prezident seçkiləri ilində vətəndaş aktivliyinin qarşısının alınması, insanların qorxu altında saxlanmasına xidmət edir. Müsavat Partiyası baş verən olayın diqqətlə araşdırılmasını, S.Vəliyevə xəsarət yetirən şəxslərin cəzalandırılmasını, müxalif partiya fəallarına təzyiqlərə son qoyulmasını tələb edir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
129

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
522

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
72

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
42

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
47
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2019 00:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru