
Baş Prokurorluğun mətbuat xidmətindən FaktXəbər-ə daxil olan məlumata görə, Şamaxı rayon sakininin Şamaxı rayon İcra Hakimiyyəti başçısının Kərkənc kəndi üzrə nümayəndəsi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsinin əməkdaşının qanunsuz hərəkətləri barədə Baş Prokurorluğa daxil olmuş müraciəti üzrə Əmlak Məsələləri Dövlət Komitəsi və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən birgə araşdırma aparılıb.
Müəyyən edilib ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Kərkənc kəndi üzrə nümayəndəsi Qurbanov Mustafa Veysəl oğlu cinayətin təşkilatçısı kimi çıxış edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsində texnik-inventarlaşdırıcı vəzifəsində işləyən Dünyamalıyev Mirəvəz Teymurağa oğlu ilə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar Şamaxı rayon sakininin babasına məxsus evi adına sənədləşdirilməsi üçün sonuncudan 1200 manat məbləğində pul tələb ediblər.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində martın 13-də M.Quliyev və M.Dünyamalıyev sonuncuya məxsus avtomobildə həmin məbləğdə pulu rüşvət kimi alarkən hər iki şəxs cinayət başında yaxalanıblar.
Baxış zamanı M.Dünyamalıyevə məxsus avtomobildən rüşvət kimi aldıqları 1200 manat pul, üzərinə şikayətçinin mobil telefon nömrəsi yazılmış şəxsiyyət vəsiqəsinin surəti, xidməti otağından müxtəlif sənədlər, həmçinin M.Qurbanovun xidməti otağındakı seyfdən müxtəlif şəxslərin adına olan 10 ədəd şəxsiyyət vəsiqələri, 20 ədəd bankomat kartları, pin kodları yazılmış zərflər aşkar edilərək maddi sübut kimi götürülüb.
Hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda qeyd edilən cinayət işi üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssisləri cəlb edilməklə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi