Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2013
14:46
Bakının 100-ə yaxın məktəbində mobil telefonlardan istifadəyə qadağa qoyulub

Artıq Bakının 100-ə yaxın məktəbində mobil telefonlardan istifadəyə qadağa qoyulub. Bunu açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib.

O bildirib ki, tədris ocağında telefondan istifadə qadağasına məktəb rəhbərləri özləri nəzarət edirlər. Z.Əliqızının sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi bir müddət öncə orta məktəblərdə tədris prosesi zamanı şagirdlərin mobil telefondan istifadə etməsinə qadağa qoyub. Belə bir qadağanın qoyulması isə mobil telefonun tədris prosesinə və onun keyfiyyətinə mənfi təsir göstərməsi zərurətindən yaranıb.

Z.Əliqızı qeyd edib ki, valideynlər istədikləri vaxt övladlarından xəbər almaq üçün məktəbin şəhər telefonları ilə əlaqə saxlaya bilərlər: “Belə ki, valideynlərdə məktəb direktorunun və ya müavinlərin də mobil nömrələri var. Onlar dərs müddəti ərzində uşaqları barədə haqqında hər bir məlumatı direktor və ya məktəbin şəhər telefonlarından öyrənə bilərlər. Buna görə şagirdin məktəbə mobil telefon gətirməsinə ehtiyac yoxdur”./apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7356

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6189

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7750

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7689

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11007

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7427
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-07-2020 04:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru