Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2013
11:54
VİP sədrinin müavini Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb

VİP mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin müavini Ramil Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. Paytaxt polisindən R.Hüseynovla əlaqə saxlayaraq, VİP-in martın 11-də Rusiya səfirliyinin qarşısına təyin etdiyi, amma Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sanksiya vermədiyi etiraz piketi ilə əlaqədar martın 9-u saat 11-30-da BŞBPİ-nə dəvət ediblər.

Qeyd edək ki, BŞİH-dən VİP-in qeyd olunan piketlə bağlı müraciətinə cavab verilib və əsassız “arqument”lərə istinad olunaraq, Rusiya səfirliyi qarşısında aksiya keçirilməsinin məqsədəuyğun olmadığı bildirilib. Elan olunmuş aksiyanın keçirilməsi, yoxsa təxirə salınması məsələsini martın 7-də müzakirə etmiş VİP Siyasi Şurasında keçirilmiş səsvermədə səslər bərabər bölündüyündən, bu barədə yekun qərarın qəbulu mümkün olmamışdı. Məsələnin müzakirəsi  VİP Siyasi Şurasının bu gün baş tutacaq iclasında davam etdiriləcək və müvafiq qərar veriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3881

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2237

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 12:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru