Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Mart

2013
10:24
15 yaşlı köçkün polislərin gözü qarşısında özünü yandırdı
Kəlbəcərli ailəni məşkunlaşdığı ərazidən qanunsuz çıxaran polislər Almaz Kərimlini intihara təhrik edib

Bu gün Gəncə şəhərinin Nizami rayonun Gülüstan qəsəbəsi ərazisində məskunlaşan 1998-ci il təvəlüdlü Almaz Kərimli özünü yandırıb. Hadisə onun ailəsinə məxsus həyətyanı sahəni  Nizami rayonu polis idarəsinin əməkdaşları boşaldarkən baş verib.
Almaz Kərimlinin atası Şamil Kərimov 1996-cı ildə Gülüstan qəsəbəsində torpaq sahəsi alıb. O, torpaq sahəsi üçün 13 min manat ödədiyini iddia edir. Lakin torpaq sahəsi sonradan mühabisə predmetinə çevrilib.

Belə ki, Gəncə şəhər İnzibati-İqtisad Məhkəməsinin sədri Zərbəli Zərbəliyev 2008-ci ildə həmin ərazini Nizami rayon icra başçısı Məharət Mustafayevin sərəncamı ilə torpaq sahəsini öz adına rəsmləşdirib. Mübahisə yaranandan sonra köçkün ailəsi müxtəlif instansiyalara çoxsaylı  müraciətlər edib, nəhayət 2012-ci ildə Ədliyyə Nazirliyi tərəfindən İnzibati-İqtisad Məhkəməsinin sədrinə verilən torpaq sənədlərini  ləğv etdirə bilib.

Buna baxmayaraq, bu gün Gəncə icra hakimiyyətinin göstərişi ilə Nizami rayon polis idarəsinin əməkdaşları əraziyə gəlib, köçkün ailəsinin əşyalarını zorla maşına yığaraq, torpaq sahəsini boşaltmaq istəyib. Ailə polisin hərəkətinə müqavimət göstərib, torpaq sahəsinin onlara məxsus olduğunu təsdiqləyən sənədlər təqdim edib. Təqdim olunan sənədlərə məhəl qoyulmayanda isə 15 yaşlı Almaz Kərimli özünü yandıracağı haqda xəbərdarlıq edib. Bunun qarşılığında polislərdən biri ona yandırıcı vasitə (alışqan və ya kibrit) verərək, deyib ki, istəyirsə, özünü yandırsın. Almaz Kərimli də yandırıcı vasitəni alaraq özünə od vurub. Köçkün qız ağır termiki yanıq diaqnozu ilə Gəncə şəhət Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin dediyinə görə, xəstənin vəziyyəti ağırdır./Azadlıq

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48166

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46207

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47861

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47456

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53034

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47089

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47495
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-10-2020 17:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru