
Azərbaycan vətəndaşları mövcud qanunvericilik çərçivəsində öz fikirlərini istənilən məkanda, mediada, internetdə tam sərbəst ifadə edirlər. FakXəbər-in məlumatına görə, bunu jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda internet istifadəçilərinin sayının daim artması bunun bariz nümunəsidir.
"Hazırda ölkə əhalisinin təxminən 70%-i internet istifadəçiləridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev internet azadlığının və internetdən məhdudiyyətsiz istifadənin təmin olunduğunu dəfələrlə qeyd etmişdir. Məhz cənab Prezidentin təşəbbüsü ilə 2013-cü il "İnformasiya Kommunikasiya Texnologiyaları ili" elan edilmişdir, İnformasiya Texnologiyaları Universitetinin yaradılması barədə sərəncam verilmişdir. Ölkənin bütün ərazisində əhalinin genişzolaqlı İnternet xidmətlərdən istifadəsini genişləndirmək məqsədilə "Evlərə optika" layihəsi həyata keçirilir, dövlət orqanlarının göstərdiyi xidmətlərin elektronlaşdırılması sürətləndirilmişdir", deyə Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, ölkənin gələcək inkişafı insan kapitalının inkişaf etdirilməsinə, texnoloji tərəqqinin nailiyyətlərinin mənimsənilməsinə bağlıdır.
"İnternetdən istifadə insanların informasiya imkanlarını və onlar arasında ünsiyyəti genişləndirir, zəruri bilgilər əldə etməsinə şərait yaradır. Azyaşlı uşaqların internetdən necə və hansı məqsədlər üçün istifadə etməsinə nəzarət isə birbaşa valideynlərinin, məktəbdə isə müəllimlərin üzərinə düşən məsuliyyətdir. Bununla bağlı Milli Məclisdə yeni bir qanunun qəbul edilməsi nəzərdə tutulmur", deyə nazir açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda internet azaddır, hər-hansı senzura tətbiq edilmir və buna heç kimin şübhəsi olmasın.
"Bu bizim paylaşdığımız universal dəyərlərin əsas şərtidir. Bu gün ölkədə istər bloqgerlər, istər media nümayəndələri internet vasitəsilə də öz fikirlərini azad ifadə edirlər, hər hansı daxili və ya xarici informasiya resurslarının istifadəsinə məhdudiyyət qoyulmur. Azərbaycanlılar sosial şəbəkələrdə fəal iştirakı ilə seçilirlər. Bu gün təkcə Facebook-da 1 milyondan çox azərbaycanlı istifadəçi vardır. Azərbaycanda internet azadlığı üçün bütün şərtlər təmin edilmişdir. Ayrı-ayrı şəxslərin hər-hansı məsələ ilə bağlı səsləndirdiyi fikirlər onların subyektiv fikridir", deyə nazir bildirib.
Abbasov bildirib ki, Azərbaycan İnternetdə azadlıqların qorunması istiqamətində ölkədə və beynəlxalq aləmdə fəal iştirak edir.
"Məsələn, ölkəmiz 2005-ci ildə Tunisdə keçirilən Dünya İnformasiya Cəmiyyəti Sammitində İKT-nin insan hüquqlarının və azadlıqlarının qorunmasında rolu barədə Avropa Şurasının təqdim etdiyi tövsiyələrin həmmüəlliflərindən biri olmuşdur. 2012-ci ildə Bakıda keçirilmiş İnternet İdarəçilik Forumunun 7-ci toplantısının əsas mövzulardan olan İnternet azadlığını müdafiə edən fəal dövlətlərdən biri də Azərbaycan olmuşdur.
Dövlətin öz inkişaf strategiyası, uzunmüddətli hədəfləri vardır və Azərbaycanda internet azadlığının təmin edilməsi bu inkişaf strategiyasının tərkib hissəsidir", deyə nazir bildirib./Trend

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi