Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Fevral

2013
21:08
Ombudsman Elmira Süleymanova Fransada iki azərbaycanlının döyülməsi ilə bağlı bəyanat verib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Fransa Milli Assambleyasında iki azərbaycanlının vəhşicəsinə döyülməsi ilə əlaqədar bəyanat verib.

Ombudsman Aparatının mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Ombudsman Elmira Süleymanovanın bəyanatında qeyd olunub ki, bu il bütün dünya dövlətləri insan hüquqları sahəsində fundamental sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyini qeyd etməyə hazırlaşır. Bəyannamə məhz Fransada, Parisdə qəbul edilib və bu möhtəşəm sənədin əsas müəllifi də tanınmış fransız hüquqşünası Rene Kassen olub: “Belə bir zorakılıq hadisəsinin məhz Fransa parlamentində, parlament üzvünün təhriki ilə baş verməsi, digər iştirakçıların isə buna laqeyd qalması Fransanın “insan hüquqlarının beşiyi və keşikçisi” adına xələl gətirir.

Fransa həmçinin Avropa Şurasının, Avropa İttifaqının yaradıcılarından biri, Azərbaycanın da üzv olduğu “Şərq tərəfdaşlığı” proqramının əlaqələndiricisi, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Məhz buna görə də bu hadisəyə Fransanın aidiyyəti qurumları xüsusi həssaslıqla yanaşmalıdırlar. Bu vandalizm aktı həmçinin hüquqi, demokratik dövlətin əsasını təşkil edən diskriminasiyaya yol verilməməsi prinsipi, həmçinin söz və düşüncə azadlığına böyük zərbədir. Əminliyimi bildirmək istəyirəm ki, Fransa tərəfi baş vermiş zorakılıq aktına obyektiv hüquqi qiymət verməklə insan hüquqlarına, ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirəcək və bu hadisənin uzun illər davam edən Fransa-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirəcəyinə yol verməyəcək. Bunun üçün isə, Fransanın müvafiq qurumları tərəfindən baş vermiş hadisənin operativ və obyektiv şəkildə araşdırılaraq cinayətkarların məsuliyyətə cəlb edilməsi və kobudcasına pozulmuş insan hüquqlarının bərpası zəruridir”.

Bəyanatda qeyd olunub ki, eyni zamanda parlament üzvü üçün yolverilməz olan milli, irqi zəmində münaqişə yaratmağa yönələn hərəkətlərə yol vermiş F.Roşeblounun deputatlıq mandatından məhrum edilməsi, AŞPA nümayəndə heyətinin üzvlüyündən məhrum edilməsi və törətdiyi əmələ görə məsuliyyətə cəlb edilməsi məsələsinin Fransa parlamentində müzakirəyə çıxarılması və bu hadisəyə hüquqi qiymət verilməsi zəruridir: “İnanıram ki, bu cinayəti törətmiş şəxslər qanuna müvafiq olaraq öz layiqli cəzalarını alacaqlar”.

Bəyanat BMT-nin baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasının sədrinə, Avropa Şurasının baş katibinə, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına, Avropa Ombudsmanlar İnstitutunun prezidentinə , Asiya Ombudsmanlar Assosiasiyasının prezidentinə, Beynəlxalq Ombudsmanlar İnstitutunun prezidentinə, Fransa Milli Assambleyasının prezidentinə, Fransa Respublikasının İnsan hüquqları üzrə Ombudsmanına, Fransa Respublikasının İnsan hüquqları üzrə Məşvərət Komissiyasının baş katibinə, Azərbaycanın Fransadakı səfirinə və Fransanın Azərbaycandakı səfirinə ünvanlanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61345

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59090

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60788

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60394

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65945

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60218

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60449
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2021 08:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru