Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2013
20:52
Prokurorluq `Azər` kafesindəki bıçaqlanma olayı bağlı məlumat yaydı

Bakı Şəhər Prokurorluğundan FaktXəbər-ə verilən məlumata görə, paytaxtın Nizami rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qəsdən adamöldürməyə cəhd etmiş və hadisə yerindən qaçmış şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə  cəlb olunması təmin edilib.

Belə ki, fevralın 9-da saat 23:30 radələrində Səlimov Sadiq İsbat oğlunun çoxsaylı xəsarətlərlə xəstəxanaya daxil olması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

İstintaqla müəyyən edilib ki, həmin tarixdə S.Səlimov Nizami rayonu ərazisində yerləşən «Azər» kafesində tanışları ilə birlikdə spirtli içki qəbul edərkən Məmmədov Vüqar Zeynal oğlu ilə aralarında mübahisə yaranmış və kafenin həyətində sonuncu qəsdən öldürmək məqsədilə üstündə gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı kəsici-deşici xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

Fevralın 18-də saat 3 radələrində cinayətin törədilməsində şübhəli bilinən V.Məmmədov Yalama stansiyasının sərhəd keçid məntəqəsindən Rusiya Federasiyasına keçmək istəyərkən tutulub.

V.Məmmədova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6735

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5569

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7101

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7092

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9882

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6807
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 06:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru