Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2013
16:12
Baş Prokurorluq Xətaidə baş verən hadisə ilə bağlı məlumat yaydı
"Təhlükəsizlik qaydalarının pozulması ölümlə nəticələnib"

Baş Prokurorluğun mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, paytaxtın Xətai rayonu ərazisində aparılan tikinti işləri zamanı təhlükəsizlik qaydalarının pozulması ilə müşayiət olunan ehtiyatsızlıqdan baş vermiş ölüm hadisəsi qeydə alınıb.

Belə ki, 10 fevral 2013-cü il tarixdə saat 18 radələrində Xudu Məmmədov küçəsi 2942 «D» ünvanında «Stil» Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının on dördüncü mərtəbəsindən həmin MTK-da fəhlə işləyən 1992-ci il təvəllüdlü Fərəcov Şöhlət Rafil oğlu yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə və meyitə Xətai rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb və təhlükəsizlik texnikası ekspertlərinin iştirakı ilə baxış keçirilmiş, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68399

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65822

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67634

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66961

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72446

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66719

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
67043
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-03-2021 23:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru