Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2013
09:28
Helikopter qəzasında həlak olan 3-cü zabitinin axtarışları davam edir
Bakıda fevralın 11-də qəzaya uğramış hərbi helikopterin 3-cü zabiti Yaşar Əhmədovun axtarışları davam edir

FaktXəbər-in məlumatına görə, bu barədə Trend-in hadisə yerində olan müxbiri bildirib.Əməliyyata xilasedicilər və FHN-nin katerləri, həmçinin Müdafiə Nazirliyinin texnikası, təcili tibbi yardım briqadaları cəlb edilmişdir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.

Hərbi mənbədən bildiriblər ki, Xəzər dənizinə düşən "Mİ-17" markalı helikopter olub.

FHN-in yaydığı məlumata görə, 11.02.2013-cü il saat 10:30 radələrində Qaradağ rayonu ərazisində, sahildən təqribən 300 metr məsafədə Xəzər dənizinə düşmüş helikopterin və heyət üzvlərinin axtarış-xilasetmə əməliyyatına cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən görülmüş tədbirlər nəticəsində helikopterin dənizə düşdüyü yer aşkar olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub

23

Yanvar
18:33
HÜQUQ,HADİSƏ
203

Qubada körpələr evi yanıb

23

Yanvar
18:25
HÜQUQ,HADİSƏ
214

Yanvarın 24-nə manatın məzənnəsi

23

Yanvar
17:30
İQTİSADİYYAT
197

Qaqarinin maşını satışa çıxarılır

23

Yanvar
17:15
DÜNYA
271
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2020 20:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru