
Baş Prokurorluğun mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumatda bildirilir ki, son günlər “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllı bəzi kütləvi informasiya vasitələrində qardaşı Elşənin İsmayıllı rayonunda ictimai asayişin kobud surətdə pozulması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan xuliqanlıq zəminində baş vermiş hadisələrlə əlaqədar həbs edilməsinin peşə fəaliyyəti ilə bağlı qisas almaq məqsəd ilə ona qarşı təzyiq vasitəsi kimi istifadə edilməsi barədə bəyanatlarla çıxış edib: “Həmin informasiyalar həqiqətə uyğun olmadığından tərəfimizdən qəti şəkildə təkzib edilir. Elçin İsmayıllının qərəzli və hüquqa söykənməyən çıxışlarını baş vermiş hadisələri siyasiləşdirməyə cəhd kimi qiymətləndirməklə bildiririk ki, qardaşı Elşən İsmayıllı yanvarın 23-24-də İsmayıllı rayonunda ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə fəallıq göstərib. Belə ki, ictimai asayişi pozmağa çalışan rayon sakinlərini bu hərəkətlərdən çəkindirməyə çalışan və onları intizama dəvət edən rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanuni tələblərinə məhəl qoymayan E.İsmayıllı fəal şəkildə müxtəlif qanunazidd çağırışlar etmiş, bundan sonra polis əməkdaşlarına daş atmış və digər şəxsləri də daş atmağa və qarşıdurmaya təhrik edib”.
Cinayət işi üzrə Elşən İsmayıllı Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Elşən İsmayıllı iş üzrə şahid qismində, eləcə də müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilərək törətdiyi əməlləri etiraf edib.
İctimai qaydanın pozulmasına səbəb olan qeyd edilən qanunazidd hərəkətlərin təşkilatçıları və digər iştirakçıları tutduqları vəzifədən, siyasi mənsubiyyətindən asılı olmayaraq onların əməlləri istintaq yolu ilə tam və hərtərəfli araşdırılmaqla hərəkətlərinə hüquqi qiymət veriləcək, habelə ölkəmizdə ictimai asayişin pozulmasına, vətəndaşların təhlükəsizliyinə yönəlmiş istənilən qanunazidd hərəkətlərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Baş Prokurorluq Elşən İsmayıllının ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə fəallıq göstərməsi və digər qanunazidd hərəkətlərini əks etdirən videogörüntünü də məlumata əlavə edib.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi