
Baş Prokurorluğunun Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, “Azadlıq” qəzetinin 5 fevral 2013-cü il tarixli sayında “Şamaxı da etiraz mitinqinə hazırlaşır” başlıqlı məqalədə cari il fevralın 20-də Şamaxı rayon İcra Hakimiyyətinin binasının qarşısında sosial problemlərin həll edilməməsi ilə bağlı mitinq keçiriləcəyi və bu barədə rəsmi müraciətin İcra Hakimiyyətinə təqdim olunduğu barədə məlumat verilib.
Baş Prokurorluqda aparılmış araşdırma ilə müəyyən edilib ki, qəzetin redaksiyası tərəfindən obyektiv reallığa əsaslanmayan və “Natiq” adlı müəllifin qərəzli mövqeyini əks etdirən bu yazı ictimai rəyi çaşdırmağa, yalan məlumatları yaymaq yolu ilə bölgələrdə gərginlik şəraitini yaratmağa, son nəticədə isə ölkədə ictimai-siyasi sabitliyin pozulmasına yönəldilmiş qanunsuz hərəkətlərdir. Araşdırmalarla həmçinin müəyyən edilib ki, qeyd edilən tarixdə Şamaxı şəhərində mitinq keçiriləcəyi barədə rayon İcra Hakimiyyətinə heç bir müraciət daxil olmamış, etiraz mitinqinin keçirilməsinə hazırlıq getməsi barədə məlumat öz təsdiqini tapmayıb.
Qeyd edilənlərlə əlaqədar “Azadlıq” qəzetinin baş redaktorunun vəzifəsini icra edən baş redaktorun birinci müavini Rahim Hacıyev Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” Qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu qəzetdə Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin pozulması, ictimai rəyi çaşdırmaq məqsədilə heç bir əsası olmayan yalan məlumatların gələcəkdə dərc olunacağı təqdirdə, barəsində inzibati və cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi məsuliyyət tədbirləri görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
Habelə, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun tələblərinə görə, yalan və qərəzli yazıları yaymaq, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yolverilməzliyi diqqətə çatdırılmaqla, qanununa müvafiq olaraq həqiqətə uyğun olmayan informasiya barədə qəzetin növbəti sayında təkzib verilməsi tələb olunub.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi