Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2013
14:00
1360
Daxili İşlər Nazirliyi saxta profillər barədə açıqlama verdi
"Hər iki profil uzun müddət ərzində yenilənməsə də, bildiririk ki, həmin profillərin cənab nazirə heç bir aidiyyəti yoxdur"

Son vaxtlar müxtəlif sosial şəbəkələrdə Azərbaycanın rəsmi şəxslərinin adına saxta profillər yaradılıb. Belə ki, bir neçə gün əvvəl “Facebook” sosial şəbəkəsində Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun adına da saxta profil açılıb. Ə. Həsənov mətbuata açıqlamasında həmin profilin ona məxsus olmadığını bildirib.

“Facebook” sosial şəbəkəsində profili yaradılan şəxslərdən biri də Azərbaycanın daxili işlər naziri, general polkovnik Ramil Usubovdur. Bu barədə APA-nın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov bu profillərin saxta olduğunu qeyd edib: “Bir müddət əvvəl "Facebook" sosial şəbəkəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından da iki saxta profil yaradılıb və həmin profillərdə müxtəlif məzmunlu məlumatlar yerləşdirilib. Doğrudur, onların hər ikisi uzun müddət ərzində yenilənməsə də, bildiririk ki, həmin profillərin cənab nazirə heç bir aidiyyəti yoxdur”.

S. Gözəlov həmçinin vətəndaşların internet vasitəsi ilə nazir R. Usubova müraciət etməyin yollarını da izah edib: “Bir daha diqqətə çatdırırıq ki, respublikanın daxili işlər nazirinə birbaşa müraciət olunması üçün rəsmi elektron əlaqə vasitəsi DİN-in internet saytıdır. Bu məqsədlə nazirliyin veb saytına daxil olaraq, “Vətəndaşların müraciətləri və qəbulu” bölməsinə keçid etmək lazımdır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1135

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
65

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
90

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
316

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
353
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 23:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru