Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Yanvar

2013
16:40
Azərbaycanda avtomobil nömrələri internet vasitəsilə satılacaq
Baş Dövlət Yol Polisi İdarəsində bununla bağlı artıq işlər başlanılıb və yaxın gələcəkdə yekunlaşacaq

FaktXəbər-in məlumatına görə, yaxın vaxtlarda Azərbaycanda avtomobil nömrələrinin internet vasitəsilə satışına başlanılacaq. Bununla bağlı yeni internet resursları yaradılır. Məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsində bununla bağlı artıq işlər başlanılıb və yaxın gələcəkdə yekunlaşacaq. Yaradılacaq elektron xidmət növü yeni avtomobil almış fiziki şəxslərə və ya hüquqi şəxslərə siyahını təqdim edəcək.

Siyahıda avtomobil nömrələrinin qiymətləri də yer alacaq. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hazırda texniki məsələlər həll edilir. Siyahı günbəgün yenilənəcək və satılmış nömrələr çıxarılaraq onların yerinə yeni seriyalar təqdim olunacaq: “Bu zaman müəyyən, şərti olaraq deyək ki, “BB” seriyasının satılıb qurtarması gözləniləcək.

Yəni birdən-birə B-dən Z-yə keçmək mümkün deyil. Amma rəqəmdən asılı olaraq nömrə alan şəxs 005-i yox, 099 və ya 999 nömrəsini seçə bilər”.

Qeyd edək ki, 2011-ci ildə “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər qəbul edilib. Qanun layihəsində nəzərdə tutulur ki, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası 001-dən 009-a qədər və seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 2500 manat rüsum ödənilir.

Digər dəyişikliyə əsasən, rəqəmlərin kombinasiyası 100-dən 900-ə qədər və seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, eyni hərflərdən ibarət olduqda 1500 manat ödənilir.

Bundan başqa, rəqəm kombinasiyası 111-dən 999-a qədər və seriyası müxtəlif hərflər üçün 500, eyni hərflər üçün 1000 manat müəyyən edilir. Bu rəqəmlər və hərflərin kombinasiyası istisna olmaqla, digər dövlət qeydiyyatı nişanlarının verilməsinə, habelə, bu rəqəm və hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyatı nişanlarının təkrar verilməsinə görə dövlət rüsumu 18 manat müəyyənləşdirilir.

Qeyd edək ki, 2012-ci ilədək bütün nəqliyyat vasitələrinə görə nömrə nişanları üçün rüsum 18 manat olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61440

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59195

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60879

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60524

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66071

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60343

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60574
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2021 03:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru